Azərbaycan millisinin futbolçusu bir rekordu yeniləyib, digərinə şərik çıxıb

Azərbaycan millisinin futbolçusu bir rekordu yeniləyib, digərinə şərik çıxıb

"Qarabağ"ın futbolçusu Musa Qurbanlı yeni nailiyyətə imza atıb.

"Report" Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı hücumçu buna "Sumqayıt"a 6:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVII tur oyununda dubl etməklə nail olub.

Qurbanlı cari mövsüm vurduğu qolların sayını 20-yə çatdırıb. Gənc forvard bir rekordu yeniləyib, digərinə şərik çıxıb.

O, çempionatın PFL-in bayrağı altında keçirilməyə başlandığı 2008-ci ildən sonra bir mövsümdə ən çox qol vuran azərbaycanlı futbolçudur. Hücumçu 2020/2021 mövsümündə 19 dəfə fərqlənən Namik Ələskərovun göstəricisini arxada qoyub.

Yerli statusa malik futbolçunun ən azı 20 qol vurmasına sonuncu dəfə 2006/2007 mövsümündə təsadüf olunub. Həmin vaxt “Xəzər Lənkəran”ın oyunçusu Zaur Ramazanov 20 dəfə rəqib qapılarına yol tapıb.

Azərbaycan millisinin üzvü həm də “Qarabağ”ın tarixində bir mövsümdə ən çox qol vuran azərbaycanlı oyunçu adına şərik çıxıb. O, 2003/2004 mövsümündə 20 dəfə fərqlənən Samir Musayevə çatıb. Hücumçunu klub tarixinin mütləq rekordçusu Reynaldodan 2 top ayırır.

Futbol
"Bavariya"nın aparıcı futbolçusu zədələnib

"Bavariya"nın aparıcı futbolçusu zədələnib

Futbol
“Lion”un futbolçusu vətəndaşlığını dəyişir

“Lion”un futbolçusu vətəndaşlığını dəyişir

Futbol
Muxtar Babayev Azərbaycan Alpinizm Federasiyasının prezidenti seçilib

Muxtar Babayev Azərbaycan Alpinizm Federasiyasının prezidenti seçilib

Futbol
Millətlər Liqası: Slovakiya - Azərbaycan oyununda 2-ci hissə başlayıb

Millətlər Liqası: Slovakiya - Azərbaycan oyununda 2-ci hissə başlayıb

Futbol
"Qəbələ"nin legioneri virusa yoluxub

"Qəbələ"nin legioneri virusa yoluxub

Futbol
Fransa klubu erməni futbolçunu Bakıya gətirməyəcək

Fransa klubu erməni futbolçunu Bakıya gətirməyəcək

Futbol
İlin ən yaxşı qadın futbolçusu açıqlanıb

İlin ən yaxşı qadın futbolçusu açıqlanıb

Futbol
DÇ-2022: Seneqal Qətəri məğlub edib

DÇ-2022: Seneqal Qətəri məğlub edib

Futbol
Azərbaycanın FIFA referiləri təyinat alıb

Azərbaycanın FIFA referiləri təyinat alıb

Futbol
Onkoloji xəstəlikdən əziyyət çəkən baş məşqçi istefaya göndərilib

Onkoloji xəstəlikdən əziyyət çəkən baş məşqçi istefaya göndərilib

Futbol
"Qəbələ"nin kapitanı: "Qəsdən ayağıma vurdu, cavabını verdim"

"Qəbələ"nin kapitanı: "Qəsdən ayağıma vurdu, cavabını verdim"

Futbol
"Neftçi"nin baş məşqçisi: "İlk hissədə yaşlı insanlar kimi oynayırdıq"

"Neftçi"nin baş məşqçisi: "İlk hissədə yaşlı insanlar kimi oynayırdıq"