Yığma komandaların, məşqçi və idmançı heyətlərinin siyahısı təsdiqlənib

Yığma komandaların, məşqçi və idmançı heyətlərinin siyahısı təsdiqlənib

Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası olub.

Bu barədə APA-ya nazirlikən xəbər verilib.

Nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasda 2023-2024-cü illər üçün Azərbaycan Respublikasının Vahid İdman Təsnifatı (qeyri-Olimpiya növləri üzrə) müzakirə edilərək qəbul olunub. Həmçinin 2023-cü il üçün idman növləri üzrə yığma komandaların, məşqçi və idmançı heyətlərinin siyahısı və təqvim planı da Kollegiya qərarı ilə təsdiq olunub.

Ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi haqqında xüsusi komissiyanın təqdimatı əsasında “Azərbaycan Kamandan Oxatma Federasiyası” İB, “Azərbaycan Kikboksinq Federasiyası” İB, “Azərbaycan Alpinizm Federasiyası” İB, “Azərbaycan MMA (Mixed Martial Arts) və Grappling Federasiyası” İB, “Azərbaycan Karate Federasiyaları Assosiasiyası” İB və “Azərbaycan Elektron İdman Növləri Federasiyası” İB-nin “respublika idman federasiyası (assosiasiyası)” statusları təsdiq edilib.

Kollegiya qərarı ilə məşqçilər Quliyev Elşad Əhməd oğlu (minifutbol), İsmayılov Elçin Telman oğlu (cüdo) və Zeynalov Elnur Əli oğluna (futbol) “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adı verilib. Eləcə də minifutbol üzrə yığma komandanın üzvləri Həsənzadə Ramil Ziyəddin oğlu, Kərimi Davud Əfqan oğlu, Soltanov Bəxtiyar İslam oğlu, Məmmədov Seymur Məzahir oğlu, Rzayev Mirmehdi İlham oğlu, Kərimov Rəvan Rüfət oğlu, Məhərrəmli Tanrıverdi Xanlar oğlu, İsayev Vüsal Vüqar oğlu, Həmzəyev Samir Məhəmməd oğlu, Əmircanov Təmraz Elxan oğlu, Əlizadə Elvin Əli oğlu, Borisov Vtaliy Yuryeviç, Babayev Taleh Tariyel oğlu, Nərmanov Tural Mobil oğlu və Zeynalov Asif Arif oğlu “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adına layiq görülüblər.

Digər növlər
Azərbaycan dünya ölkələrinin qlobal idman reytinqində 43 pillə irəliləyib

Azərbaycan dünya ölkələrinin qlobal idman reytinqində 43 pillə irəliləyib

Digər növlər
Azərbaycan əsilli gimnast Britaniyaya medal qazandırıb

Azərbaycan əsilli gimnast Britaniyaya medal qazandırıb

Digər növlər
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi məlum olub - FOTO

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi məlum olub - FOTO

Digər növlər
Misirdə basketbol matçında tribuna çöküb, 27 nəfər xəsarət alıb - VİDEO

Misirdə basketbol matçında tribuna çöküb, 27 nəfər xəsarət alıb - VİDEO

Digər növlər
Atıcılıq üzrə Federasiya Kuboku başa çatıb

Atıcılıq üzrə Federasiya Kuboku başa çatıb

Digər növlər
AMADA “Zəfərin övladları” adlı tədbir keçirib - FOTOLENT

AMADA “Zəfərin övladları” adlı tədbir keçirib - FOTOLENT

Digər növlər
Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO

Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO

Digər növlər
AAF yolsuzluq avtomobillərinin yürüşünü təşkil edib - VİDEO

AAF yolsuzluq avtomobillərinin yürüşünü təşkil edib - VİDEO

Digər növlər
Azərbaycanlı atıcıdan tarixi qələbə - son 20 ildə ilk dəfə

Azərbaycanlı atıcıdan tarixi qələbə - son 20 ildə ilk dəfə

Digər növlər
Azərbaycanı beynəlxalq drift yarışında  təmsil edəcək pilot seçilib

Azərbaycanı beynəlxalq drift yarışında təmsil edəcək pilot seçilib

Digər növlər
Qlobal idman reytinqində Azərbaycanın yeri açıqlanıb

Qlobal idman reytinqində Azərbaycanın yeri açıqlanıb

Digər növlər
Nazir: Gələn il Bakıda qapalı buz meydançası istifadəyə veriləcək

Nazir: Gələn il Bakıda qapalı buz meydançası istifadəyə veriləcək