Şahin Diniyev: "Bir xal bizim üçün qızıla bərabərdir"

Şahin Diniyev: "Bir xal bizim üçün qızıla bərabərdir"

"Qələbə bizim üçün çox vacib idi. Amma 1 xal qızıla bərabərdir. Ümid edirəm ki, bu xal may ayında bizə çox lazım olacaq".

"Report"un məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Şahin Diniyev evdə "Turan Tovuz"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVII tur oyunundan sonra mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis hər iki komandanın meydana qələbə qazanmaq üçün çıxdığını bildirib: "Ona görə də hücumların sayı, qol epizodları çox idi. Nəticənin ədalətli olduğunu deməzdim. Qol epizodları bizdə daha çox oldu. İlk hissədə əla oynadıq. Ardıcıl uğursuz matçlardan sonra bu gün öz oyunumuzu göstərməyə çalışdıq".

Onun sözlərinə görə, komandanın hazırkı mövqeyi üzərilərində psixoloji təzyiq yaradır: "Üstümüzdə uduzmaq xofu var. Mənə elə gəlir ki, tezliklə keçəcək. Zədədən qayıdan futbolçularımız tam formada deyillər. Millinin oyunları ilə bağlı yaranacaq fasilədən istifadə etməklə çatışmazlığı aradan qaldıra bilərik. Dördüncü dövrədə daha inamlı oynayacağımıza ümid edirəm. Rəqibə təşəkkür edirəm. Çox yaxşı müdafiə olunub əks hücumlarda oynamağa çalışırdılar. Qapımız qarşısında çox qol epizodu yaratmalarına imkan vermədik".

Təcrübəli baş məşqçi Mirabdulla Abbasovu meydana buraxmamasının səbəbini də açıqlayıb: "Bu gün düşdüyümüz duruma görə səhv qərarlar verə bilərdik. Luvaqa Kizito zədədən yenicə qayıdıb. Aqressiv futbolçudur. "Qarabağ"a qarşı ötən tur keçirdiyimiz oyunda istifadə edə bilmədiyi 3 qol epizodu var idi. Düşündüm ki, artıq formaya düşüb, fərqlənə bilər. Mirabdullaya daha çox boş zona lazımdır ki, sürəti hesabına təhlükə yaratsın. "Turan Tovuz" isə müdafiədə otururaq bizə boş zona vermədi. Müdafiəni yarmaq üçün texniki cəhətdən daha hazır olan iki futbolçu - Kizito və Ağabala Ramazanova şans verdim. Bu addımıma görə peşman deyiləm".

Mütəxəssis Qustavo de Fransanın bu mövsüm iki dəfə qırmızı vərəqə almasına da toxunub: "Müdafiəçi təkbətək mübarizələrdə sürəti çatmayanda qırmızı vərəqələr alır. Yəni, hakimi, rəqibi təhqir etməyib. Sırf oyun epizodlarıdır. Hər bir oyunçuma inamım böyükdür. 4-5 gün məşq etməmişdi. Ona görə gənc müdafiəçi Vüqar Həsənovu meydana buraxdıq. Pis təsir bağışlamadı. Sevindirici haldır ki, bizdə belə müdafiəçilər var".

Diniyevinn fikrincə, bu oyun gələcəyə nikbin baxmağa imkan verir: "Hücumda böyük potensialımız var. Ön xətt oyunçularının tam formaya düşməsindən sonra daha çox qol vurmağa çalışacağıq. Bəlkə də bu sualı "Sumqayıt"la oyundan sonra versəydiniz, cavab verməkdən yayına bilərdim. Amma "Turan Tovuz" elə-belə komanda deyil, müdafiədə çox mükəmməl oynayır. Belə müdafiəni bir neçə dəfə yarmaq asan deyil".

O, nadir hallarda meydana çıxan Turan Manafova getdikcə daha çox şans verəcəyini vurğulayıb: "Potensialı olan futbolçudur. "Şamaxı" ilə oyuna start heyətində çıxmalı idi. Sadəcə, zədələndiyi üçün oynaya bilmədi. Uzun müddət müalicə aldı. Onun mövqeyində oynayan Petro Stasyuk da zəif deyil. Hər oyunumuz finala bərabər olduğu üçün risk etməyə qorxurdum. Ona görə də hər matçda az-az oynamasına imkan yaradırıq. Formaya düşdükcə, əvvəlki Turan olacaq".

Futbol
Argentinada bir matçda 10 futbolçu meydandan qovulub, "Boka Xuniors" məğlub elan edilib

Argentinada bir matçda 10 futbolçu meydandan qovulub, "Boka Xuniors" məğlub elan edilib

Futbol
Moldova klubu azərbaycanlı baş məşqçi ilə vidalaşıb

Moldova klubu azərbaycanlı baş məşqçi ilə vidalaşıb

Futbol
DÇ-2022: Uels - İran oyunu başlayıb

DÇ-2022: Uels - İran oyunu başlayıb

Futbol
Ceyhun Bayramov Türkiyə Ampute milli futbol komandasını təbrik edib

Ceyhun Bayramov Türkiyə Ampute milli futbol komandasını təbrik edib

Futbol
“Sabah” rekordçusu ilə müqaviləni yeniləyib

“Sabah” rekordçusu ilə müqaviləni yeniləyib

Futbol
Canni De Byazi: "Ardıcıl qələbələr Azərbaycan üçün tarixi nəticədir"

Canni De Byazi: "Ardıcıl qələbələr Azərbaycan üçün tarixi nəticədir"

Futbol
Jiru Fransa millisinin ən yaşlı bombardiri olub

Jiru Fransa millisinin ən yaşlı bombardiri olub

Futbol
"Neftçi" "Səbail"ə qalib gələrək liderliyə yüksəlib

"Neftçi" "Səbail"ə qalib gələrək liderliyə yüksəlib

Futbol
FIFA hər ölkədə Pelenin adını daşıyan stadionların olmasını istəyir

FIFA hər ölkədə Pelenin adını daşıyan stadionların olmasını istəyir

Futbol
Azərbaycan Premyer Liqası: “Sabah” “Neftçi”yə qalib gəlib

Azərbaycan Premyer Liqası: “Sabah” “Neftçi”yə qalib gəlib

Futbol
Kapitan Azərbaycan çempionatlarında 450-ci oyununu keçirib

Kapitan Azərbaycan çempionatlarında 450-ci oyununu keçirib

Futbol
Mahir Emreli "Dinamo"nun düşərgəsinə vaxtından tez qoşulub

Mahir Emreli "Dinamo"nun düşərgəsinə vaxtından tez qoşulub