Mahir Emreli: "Qalatasaray"la oyunda özümü kiməsə göstərmək fikrim yoxdur"

Mahir Emreli: "Qalatasaray"la oyunda özümü kiməsə göstərmək fikrim yoxdur"

"Qalatasaray"la oyunda özümü kiməsə göstərmək fikrim yoxdur".

Bunu "Report"a açıqlamasında "Konyaspor"da çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə Super Liqasının XXVI turunda "Qalatasaray"a qarşı keçirəcəkləri matç haqqında danışarkən deyib.

26 yaşlı hücumçu komandasına faydalı olmağa çalışacağını bildirib: "Meydanda doğru olanı etmək lazımdır. Kollektiv şəkildə yaxşı nəticə üçün oynayacağıq".

Forvard güclü kollektivə qarşı mübarizə aparacaqlarını söyləyib: "Rəqib turnir cədvəlinin lideridir və yaxşı formadadırlar. Ardıcıl qazandıqları qələbələr də bunu sübut edir. Uzun müddətdir qələbə qazanmırıq. Amma bu qarşılaşma üçün motivasiyamız yüksəkdir. Onların da bu matça ciddi yanaşdığını anlayırıq. Amma bu, bizi qorxutmur və rəqibdən çəkinmirik. Yaxşı oyun göstərərək nəticə qazanmağa çalışacağıq. Bizim də qələbəyə və azarkeşlərimizi sevindirməyə ehtiyacımız var".

Emreli martın 26-da "Qarabağ" və "Qalatasaray" arasında keçiriləcək xeyriyyə xarakterli yoldaşlıq matçı barədə də danışıb. O, belə qarşılaşmanın baş tutmasına görə çox sevindiyini bildirib: "Xüsusilə Vətən müharibəsi iştirakçısı Murad Hüseynovun arzusunun reallaşması məni sevindirdi. Xeyriyyə oyunu olması isə bir ayrı gözəldir. İnsanlar Türkiyədə baş verənlər üçün çox üzüldülər. Azarkeşlər yardım məqsədi ilə stadionu dolduracaqlar".

2015-2021-ci illərdə "köhlən atlar"ın formasını geyinən forvard "bu matçda meydanda olmağı istədinizmi" sualını belə cavablandırıb: "Bu barədə düşünməmişəm. "Qarabağ" mənim evimdir. Hər zaman onları dəstəkləyirəm".

Qeyd edək ki, martın 17-də oynanılacaq "Konyaspor" - "Qalatasaray" qarşılaşması saat 21:00-da start götürəcək.

Futbol
Braziliyalı üçqat dünya çempionu Pele vəfat edib

Braziliyalı üçqat dünya çempionu Pele vəfat edib

Futbol
"Qarabağ" "Frayburq"la oyun üçün Almaniyaya yola düşüb

"Qarabağ" "Frayburq"la oyun üçün Almaniyaya yola düşüb

Futbol
Samir Abasov: "Komandamın əziyyətinə kölgə salmaq istəmirəm"

Samir Abasov: "Komandamın əziyyətinə kölgə salmaq istəmirəm"

Futbol
“Əl-Nəsr” Ronaldonun formasından 22 milyon 638 min dollar qazanc götürüb

“Əl-Nəsr” Ronaldonun formasından 22 milyon 638 min dollar qazanc götürüb

Futbol
Qurban Qurbanov: "Olimpiakos"la matçda oyunçulara böyük məsuliyyət düşəcək"

Qurban Qurbanov: "Olimpiakos"la matçda oyunçulara böyük məsuliyyət düşəcək"

Futbol
Samir Əliyev: "AFFA-dan daha güclü rəqiblərin tapılmasını istədim"

Samir Əliyev: "AFFA-dan daha güclü rəqiblərin tapılmasını istədim"

Futbol
Futbol agenti: "Həmin səhvi Şahruddinin xarakteri ilə əlaqələndirərdim"

Futbol agenti: "Həmin səhvi Şahruddinin xarakteri ilə əlaqələndirərdim"

Futbol
Kadi: “Bəzən hər şeyi doğru edirsən, amma qol vurmaq alınmır”

Kadi: “Bəzən hər şeyi doğru edirsən, amma qol vurmaq alınmır”

Futbol
Azərbaycan Premyer Liqası: İlin son turuna 2 oyunla start verilir

Azərbaycan Premyer Liqası: İlin son turuna 2 oyunla start verilir

Futbol
"Qarabağ"la oyundan sonra azarkeşləri təhqir edən futbolçu cəzalanıb

"Qarabağ"la oyundan sonra azarkeşləri təhqir edən futbolçu cəzalanıb

Futbol
Fransa klubu erməni futbolçunu Bakıya gətirməyəcək

Fransa klubu erməni futbolçunu Bakıya gətirməyəcək

Futbol
Avropa Kuboku: Azərbaycan komandaları ilk məğlubiyyətini alıb

Avropa Kuboku: Azərbaycan komandaları ilk məğlubiyyətini alıb