ASAPES və MGİMO-nun ikili diplom proqramının Moskva mərhələsi keçirilir

ASAPES və MGİMO-nun ikili diplom proqramının Moskva mərhələsi keçirilir

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) ilə Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin (MGİMO) ikili diplom proqramı çərçivəsində təhsil alan “İdman menecmenti” magistr proqramının Moskva mərhələsi keçirilir.

ASAPES-dən “QELEBE.AZ”a verilən məlumata görə, Rusiyanın paytaxtında 1-ci kurs tələbələri üçün 4 modul üzrə tədris prosesi davam edir.

MGİMO-da tədris proqramının açılışı ilə əlaqədar təşkil olunan tədbirdə ali təhsil ocağının prorektoru Artyom Malqin, ASAPES-in prorektoru Təhminə Tağı-zadə, proqram rəhbəri, Rusiya Olimpiya Universitetinin (RMOU) prorektoru Nikolay Peşın, Biznes və Beynəlxalq Bacarıqlar Məktəbinin direktoru Anjelika Mirzoyeva, İdman menecmenti və kommunikasiya kafedrasının müdiri Nailə Kələntərli və Sosial elmlər kafedrasının müdiri Lalə Əhmədova çıxış edərək tələbələrə uğurlar arzulayıblar.

Proqram çərçivəsində magistrantlara “İdman hüququ”, “İdman marketinqi”, “Milli idman tənzimlənməsi sistemləri” və “Antidopinq qaydaları” fənləri tədris edilir.

Bundan başqa, tələbələr üçün “Qazprombank” ASC-nin nümayəndələri ilə görüş, “İdman tədbirlərinin və təşkilatların sponsorluğu, uzunmüddətli tərəfdaşlıqların qurulması”, “İdman yarışlarının sponsorluğu, sponsorluğun aktivləşdirilməsi və azarkeşlərin cəlb edilməsi” mövzusunda mühazirələr, VTB Arenasına ekskursiya, “Maxima Park” Atçılıq Klubu, İrina Viner Gimnastika Sarayı ilə tanışlıq və Leonid Tyaqaçov xizək klubuna ziyarət də təşkil olunur.

Fərdi
Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə qızıl medal görüşünə çıxacaq

Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə qızıl medal görüşünə çıxacaq

Fərdi
Dünya çempionatı: Azərbaycanın 2 güləşçisi finala vəsiqə qazanıb

Dünya çempionatı: Azərbaycanın 2 güləşçisi finala vəsiqə qazanıb

Fərdi
Bölgə gimnastları Bakıda təlim-məşq toplanışına qatılıblar

Bölgə gimnastları Bakıda təlim-məşq toplanışına qatılıblar

Fərdi
Belçikalı velosipedçi dünya çempionu olub

Belçikalı velosipedçi dünya çempionu olub

Fərdi
Gələn il Bakıda MINEPS VII konfransı keçiriləcək

Gələn il Bakıda MINEPS VII konfransı keçiriləcək

Fərdi
Tomas Bax: "Rusiya və Belarusa qarşı sanksiyalar davam etməlidir"

Tomas Bax: "Rusiya və Belarusa qarşı sanksiyalar davam etməlidir"

Fərdi
Jurnalistlər arasında kartinq yarışı keçirilib

Jurnalistlər arasında kartinq yarışı keçirilib

Fərdi
Rəşad Nəbiyev Ağstafadakı cüdo təlim mərkəzinə baxış keçirib

Rəşad Nəbiyev Ağstafadakı cüdo təlim mərkəzinə baxış keçirib

Fərdi
Avropa çempionatı: Azərbaycan taekvondoçuları ilk gündə 2 medal qazanıb

Avropa çempionatı: Azərbaycan taekvondoçuları ilk gündə 2 medal qazanıb

Fərdi
Azərbaycan taekvondoçuları ili 101 medalla başa vurublar

Azərbaycan taekvondoçuları ili 101 medalla başa vurublar

Fərdi
Fərid Qayıbov gimnastikanın Avropa Oyunlarından çıxarılmasına təəssüflənib

Fərid Qayıbov gimnastikanın Avropa Oyunlarından çıxarılmasına təəssüflənib

Fərdi
Dünya çempionatı: Azərbaycanın şahmat millisi ev sahibi ilə üz-üzə gələcək

Dünya çempionatı: Azərbaycanın şahmat millisi ev sahibi ilə üz-üzə gələcək