Abdullah Avcı "Trabzonspor"dan ayrıldığını təsdiqləyib
Türkiyənin "Trabzonspor" komandasının baş məşqçisi Abdullah Avcı istefa verdiyini təsdiqləyib.
"QELEBE.AZ"un məlumatına görə, 60 yaşlı mütəxəssis bu barədə özünün tviter hesabında paylaşım edib.
"Çox sevdiyim "Trabzonspor"la və bu şəhərin gözəl insanları ilə heç bir maliyyə tələbi olmadan, qeyd-şərtsiz və gözləntisiz vidalaşmağın vaxtıdır", - Avcı yazıb.
Türkiyənin "Trabzonspor" komandasının baş məşqçisi Abdullah Avcı istefa verib.
"QELEBE.AZ" xəbər verir ki, bu barədə "A Spor" məlumat yayıb.
Qeyd edək ki, Abdullah Avcı 2020-ci ildən Qara dəniz təmsilçisində işləyir. 60 yaşlı mütəxəssis 2021/2022 mövsümündə "Trabzonspor"la ölkə çempionu olub. Daha əvvəl klubun prezidenti Ahmet Ağaoğlu istefa verib.

https://mail.qelebe.az//uploads/photo/abdullah-avci-trabzonspordan-ayrildigini-tesdiqleyib.webp











