Qurban Qurbanov: "Son vaxtlar çox qol buraxırıq"

Qurban Qurbanov: "Son vaxtlar çox qol buraxırıq"

"Son vaxtlar çox qol buraxırıq. Buna görə iradlarımı bildirirəm".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Qəbələ"yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXV tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis qol buraxmalarının əsas qapıçı Şahruddin Məhəmmədəliyevin yoxluğu ilə bağlı olmadığını bildirib: "Başlıca səbəblər müdafiədə diqqətsizliyimiz və rəqiblərin hücumda yaxşı oynamasıdır. Bütün komandalar hücumameyilli oyun sərgiləyirlər. Əvvəl bizə qarşı sıx müdafiə olunurdular. İndi isə daha çox hücum edirlər. Ümumiyyətlə, səhvlərimizə xüsusi diqqət ayırırıq".

O, səfərdə vacib qələbə qazandıqlarını söyləyib: "Gərgin və maraqlı matç izlədik. Futbolçularımdan razı qaldım. Sarı vərəqələrlə bağlı diqqətli olmalarını demişdim. Ancaq bu, oyunun gərginliyindən irəli gələn məsələdir. Bəzi futbolçularımızın olmamasına rəğmən, dinamik oyun göstərdik".

Təcrübəli baş məşqçi rəqib haqqında xoş fikirlər səsləndirib: "Bu komanda öz oyun üslübunu yaxşılaşdırıb. Əks-hücumlarda, müdafiənin arxasına atılan toplarda çox təhlükəlidir. Bir neçə epizodda bunun şahidi olduq.

Qurbanov "Qarabağ" nə vaxt pik formada olacaq" sualına bu cür cavab verib: "Bunu dəqiq deyə bilməyəcəyəm. Bizim düşünmədiyimiz hadisələr olur. Hücum xəttində dəyişiklik etmək üçün oyunçumuz azdır. Adama Diakabi, Yassin Benzia zədəlidir. Futbolçular yaxşı formaya yaxınlaşırdılar. Çempionatın sonuna yaxın daha ideal komanda görə bilərik".

Mütəxəssis hakimlərin idarəçiliyinə də toxunub: "Hakimlikdən razı qalmadığım vaxt olmayıb. Bugünkü oyunda da narazılıq bildirmədim. Sadəcə dedim ki, çox bəsit sarı kartlar verirsən. 15-20 dəqiqəyə orta xətt oyunçularımıza "sarı" göstərdi. Belə olan halda aqressivlik azalır. Hakimləri də başa düşmək olur. Matçlar gərgin keçir. Futbolçuların qışqırması, yıxılması onları aldadır. Ümumi olaraq, fikirlərim normaldır".

O, Qara Qarayevin az oynamasından da söz açıb: "Qaranın meydana çıxdığı matçlar az olmayıb. Hər futbolçunun oynamaq ehtimalı var. Qarşıda Qaranın əsas heyətdə oynayacağı görüşlər də olacaq".

Qurbanov AFFA İcraiyyə Komitəsinin qarşıdakı iclasında hər hansı təklif verməyəcəyini vurğulayıb: "Bu, mənə aid məsələ deyil".

Baş məşqçi yayada komandanı gücləndircəklərini istisna etməyib: "Transfer etmək fikrimiz var. Daim liderliyi qoruyub-saxlamaq, Avropada yaxşı nəticələr əldə etmək istəyiriksə, heyəti genişləndirməliyik. Bu gün 23 futbolçuya sahibik. Lakin Avropa oyunlarında görürük ki, nə qədər çatışmazlıqlarımız var. Bəzən futbolçular böyük oyunlarda güclərini çatdıra bilmirlər. Bunun nəticəsində Diakabi, Yassin Benzia kimi futbolçular zədələnir. Yay aylarında dəyişikliklər gözlənilir".

Futbol
Gənclər və İdman Nazirliyi AFFA-nın əməkdaşlarına fəxri ad verib

Gənclər və İdman Nazirliyi AFFA-nın əməkdaşlarına fəxri ad verib

Futbol
Azərbaycanın U-21 yığması böyük hesabla uduzub

Azərbaycanın U-21 yığması böyük hesabla uduzub

Futbol
“Qəbələ” “Səbail”lə oyunda əzmkar qələbə qazanıb

“Qəbələ” “Səbail”lə oyunda əzmkar qələbə qazanıb

Futbol
Azərbaycan millisinin futzalçısı: "Polşa qrupda əsas rəqibimizdir"

Azərbaycan millisinin futzalçısı: "Polşa qrupda əsas rəqibimizdir"

Futbol
"Sabah"ın yeni transferi Ukrayna millisinə çağırılıb

"Sabah"ın yeni transferi Ukrayna millisinə çağırılıb

Futbol
"Zirə"nin iki futbolçusu cəzalanıb, klub cərimə olunub

"Zirə"nin iki futbolçusu cəzalanıb, klub cərimə olunub

Futbol
Mahir Emreli: "Haqqımda yazılan yalan xəbərlərə alışmışam"

Mahir Emreli: "Haqqımda yazılan yalan xəbərlərə alışmışam"

Futbol
Antuan Kombuare: "Qarabağ"la oyun finala bərabərdir"

Antuan Kombuare: "Qarabağ"la oyun finala bərabərdir"

Futbol
Fransa Birinci Liqası: "Lion" "Nitsa" ilə heç-heçə edib

Fransa Birinci Liqası: "Lion" "Nitsa" ilə heç-heçə edib

Futbol
PSJ Messiyə yeni müqavilə təklif edəcək

PSJ Messiyə yeni müqavilə təklif edəcək

Futbol
Erlinq Holann Çempionlar Liqasında yeni rekorda imza atıb

Erlinq Holann Çempionlar Liqasında yeni rekorda imza atıb

Futbol
Ramil Şeydayev: "Rəqib bizdən revanş almaq istəyir"

Ramil Şeydayev: "Rəqib bizdən revanş almaq istəyir"