"Qəbələ" rəsmisi kubok finalının məkanı haqqında: "Ən böyük uğurlarımızı burada qazanmışıq"

"Qəbələ" rəsmisi kubok finalının məkanı haqqında: "Ən böyük uğurlarımızı burada qazanmışıq"

"Əgər "Neftçi" finala çıxsa, biz də onlara rəqib olsaq, həmin stadionda mübarizə aparmaq bizim üçün çətin olacaq. Amma klub olaraq ən böyük uğurlarımızı məhz bu meydanda qazanmışıq".

Bunu "Report"a açıqlamasında "Qəbələ"nin baş meneceri Nail Kərimov Azərbaycan Kubokunun final matçının "Bakcell Arena"ya salınmasına münasibət bildirərkən deyib.

Ötən gün Peşəkar Futbol Liqasının (PFL) qərarına əsasən həlledici qarşılaşmanın bu məkanda baş tutacağı açıqlanıb. Yarımfinalda "Qəbələ" "Səbail"lə, ev oyunlarını "Bakcell Arena"da keçirən "Neftçi" isə "Turan Tovuz"la üz-üzə gələcək.

Nail Kərimov məhz bu stadionda avrokuboklarda tarixi nəticələrə imza atdıqlarını xatırladıb: "Bundan əlavə, "Neftçi"yə qarşı da bu arenada həlledici, gözəl matçlar keçirmişik. Futbolda istəkli və daha yaxşı oynamaq ən vacib olanıdır. Digər amillər isə bundan sonra gəlməlidir. İstənilən halda artıq qərar verilib, təsdiq olunub və danışılası çox şey yoxdur".

Klub rəsmisi PFL-in finalla bağlı "Qəbələ"yə müraciət etmədiyini sözlərinə əlavə edib.

Digər yarımfinalçı “Səbail”in icraçı direktoru Fərəc Əliyev bunun onlar üçün böyük problem olmadığını diqqətə çatdırıb: "İlk növbətə "Qəbələ"ni mübarizədən kənarlaşdırmalıyıq. Finalın harada olmasının elə də çox fərqi yoxdur. Mövsüm ərzində "Bakcell Arena"da iki dəfə oynayırıq. Həmçinin biz paytaxt təmsilçisiyiq və ev görüşlərimizi də burada keçiririk. Amma hər halda "Neftçi" finala yüksəlsə, az da olsa, üstünlüyə malik olacaq. Bölgə komandası olsaydı, bəlkə də daha çox danışmaq olardı. Ümumiyyətlə bu məsələni düşünmürük. Bizi qarşıda ağır yarımfinal qarşılaşmaları gözləyir. Amma hər halda "ağ-qaralar" bu görüşə vəsiqə qazansa, üstünlük əldə edəcək".

"Turan Tovuz"un icraçı direktoru Nadir Nəbiyev stadion seçiminin elə də çox olmadığını vurğulayıb: "Başqa haranı fikirləşə bilərdik? Bəlkə də Qəbələ şəhər stadionuna salınsaydı, deyəcəkdik ki, niyə Qəbələ? Biz final matçının Bakı, Qəbələ və ya Sumqayıtda gerçəkləşəcəyini ehtimal edirdik. Görüşün "Bakcell Arena"da baş tutması bizim üçün qlobal bir hadisə deyil. Amma istəyərdik ki, final məhz bizim arenamızda olsun. Lakin işıqlandırma sisteminin həmin müddətək hazır olub-olmayacağını bilmirik. Tam əmin olmadığımız üçün təklif də irəli sürmədik. Qərar əvvəldən verilməli idi. İşıqlandırma sistemi və tablo ilə bağlı çatışmazlıqları aradan qaldırmağa çalışırıq. Ən azından növbəti mövsüm üçün bu problemlər həll ediləcək".

Nadir Nəbiyev
Nadir Nəbiyev

Son olaraq "Neftçi"nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev qərarın Peşəkar Futbol Liqası tərəfindən qəbul edildiyini xatırladıb: "Matçı Naxçıvan, Mingəçevir və ya başqa bölgəyə salsaydılar, gedib orada da oynayacaqdıq. Stadionun motivasiya ilə heç bir əlaqəsi yoxdur. Komanda kuboku qazanmaq istəyirsə, məkanın fərqi olmamalıdır. Xatırlatmaq istəyirəm ki, "Qəbələ" 2018-ci ildə ölkə kubokunun finalında "Keşlə"yə öz meydanında uduzub. Futbolda belə hadisələr də olur".

Qeyd edək ki, Azərbaycan Kubokunun finalı iyunun 3-də gerçəkləşəcək.

Futbol
Millətlər Liqası: Türkiyə B liqasına yüksəlib

Millətlər Liqası: Türkiyə B liqasına yüksəlib

Futbol
"Qarabağ" 9-cu dəfə qış çempionu olmaqla "Neftçi"yə çatıb

"Qarabağ" 9-cu dəfə qış çempionu olmaqla "Neftçi"yə çatıb

Futbol
Elxan Məmmədov FIFA prezidenti ilə birlikdə Almaniyada səfərdə olub

Elxan Məmmədov FIFA prezidenti ilə birlikdə Almaniyada səfərdə olub

Futbol
"Mançester Yunayted" Ronaldu ilə bağlı müvafiq addımlar atıb

"Mançester Yunayted" Ronaldu ilə bağlı müvafiq addımlar atıb

Futbol
Emin Mahmudov millidəki qol sayına görə ikinci pilləyə şərik olub

Emin Mahmudov millidəki qol sayına görə ikinci pilləyə şərik olub

Futbol
"Qızıl top": Ronaldu səsvermədə 20-ci olub

"Qızıl top": Ronaldu səsvermədə 20-ci olub

Futbol
Azərbaycan Premyer Liqası: Komandaların hissələr üzrə göstəriciləri - ARAŞDIRMA

Azərbaycan Premyer Liqası: Komandaların hissələr üzrə göstəriciləri - ARAŞDIRMA

Futbol
"Frayburq" "Qarabağ"la oyundan əvvəl futbolçusunu icarəyə verib

"Frayburq" "Qarabağ"la oyundan əvvəl futbolçusunu icarəyə verib

Futbol
Çempionlar Liqası: "İnter" "Bavariya"nı, "Barselona" "Viktoriya"nı qəbul edəcək

Çempionlar Liqası: "İnter" "Bavariya"nı, "Barselona" "Viktoriya"nı qəbul edəcək

Futbol
"Qarabağ" qrup mərhələsində ilk oyununu keçirəcək

"Qarabağ" qrup mərhələsində ilk oyununu keçirəcək

Futbol
Qurban Qurbanov: "Rəqibdən çəkinmədik"

Qurban Qurbanov: "Rəqibdən çəkinmədik"

Futbol
Qara Qarayev: "Millidən kənarda qalmaq məni məyus edir"

Qara Qarayev: "Millidən kənarda qalmaq məni məyus edir"