Premyer Liqa: “Kəpəz” “Sumqayıt” üzərində 6 illik qələbə həsrətinə son qoyub

Premyer Liqa: “Kəpəz” “Sumqayıt” üzərində 6 illik qələbə həsrətinə son qoyub

Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, günün ikinci matçı Sumqayıtda baş tutub.

Autsayderlər mövqeyində qərarlaşan şəhərin eyniadlı komandası ilə “Kəpəz” üz-üzə gəliblər. Qarşılaşma Gəncə təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb. 6-cı dəqiqədə Ahmed Ayzaya, 38-ci dəqiqədə isə Martins Juniorun vurduğu qol sayəsində “Kəpəz” rəqibini səfərdə məğlub edib. “Kimyaçılar”ın gücü 88-ci dəqiqədə fərqi minimuma endirməyə çatıb – 1:2. Yusif Nəbiyev avtoqol müəllifi olub.

Gəncəlilər Premyer Liqada “Sumqayıt”la matçlardakı 6 oyunluq qələbə həsrətinə son qoyublar. Qərb klubu buna qədər axırıncı dəfə 6 il əvvəl – 2017-ci ildə bu rəqibini üstələyib.

Ötən turda olduğu kimi, bu dəfə də qələbə qazanan Tərlan Əhmədovun kollektivi xal ehtiyatını 20-yə çatdıraraq, yenidən sonuncu pilləni tərk edib. Samir Abasovun başçılıq etdiyi “gənclik şəhəri” təmsilçisi isə aktivindəki 18 xalla turnir cədvəlinin 9-cu yerində qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunlarında “Zirə” səfərdə “Turan Tovuz”a (2:0), “Şamaxı” evdə “Sabah”a (2:1) qalib gəlib, “Səbail”lə “Qəbələ” arasındakı matç heç-heçə (2:2) başa çatıb. Tura fevralın 27-də keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu ilə yekun vurulacaq.

15:57

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIV turunda qarşılaşacaq “Sumqayıt” və “Kəpəz” start heyətini açıqlayıblar.

“Report”un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 8. Səbuhi Abdullazadə, 9. Karim Abubakar, 7. Terrens Tisdel, 23. Kamran Aliev, 12. Todor Todoroski, 71. Masaki Murata

Ehtiyat oyunçular: 25. İlnur Valiev, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 5. Stiven Pereyra, 37. Alya Ture

Baş məşqçi: Samir Abasov

“Kəpəz”: 71. Mario Mustapiç, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu

Ehtiyat oyunçular: 25. Elgün Bayramov, 8. Tural Axundov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 37. Ruslan Süleymanov, 91. Nizami Səmədov, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci

Baş məşqçi: Tərlan Əhmədov

Qeyd edək ki, “Kapital Bank Arena”da keçiriləcək görüş saat 17:00-da başlayacaq.

Futbol
"Neftçi"nin baş məşqçisi hakimə tüpürdüyü üçün cəzalanıb

"Neftçi"nin baş məşqçisi hakimə tüpürdüyü üçün cəzalanıb

Futbol
“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu Azərbaycanda çıxış edə bilər

“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu Azərbaycanda çıxış edə bilər

Futbol
DÇ-2022: Qana ilk qələbəsini qazanıb

DÇ-2022: Qana ilk qələbəsini qazanıb

Futbol
ANOC-un prezidenti bəlli olub

ANOC-un prezidenti bəlli olub

Futbol
Obameyanq yenidən Londona qayıda bilər

Obameyanq yenidən Londona qayıda bilər

Futbol
Vitali Borisov: “Dina”da oynayanda təklif etdilər ki, sənə Rusiya pasportu düzəldək”

Vitali Borisov: “Dina”da oynayanda təklif etdilər ki, sənə Rusiya pasportu düzəldək”

Futbol
DÇ-2022: Portuqaliya 1/8 finala çıxan 3-cü komanda olub

DÇ-2022: Portuqaliya 1/8 finala çıxan 3-cü komanda olub

Futbol
Matyö Valbuena: "Qarabağ"a qarşı oynasam, əlimdən gələni edəcəyəm"

Matyö Valbuena: "Qarabağ"a qarşı oynasam, əlimdən gələni edəcəyəm"

Futbol
"Frayburq" - "Qarabağ" oyununun hakimləri bəlli olub

"Frayburq" - "Qarabağ" oyununun hakimləri bəlli olub

Futbol
"Şamaxı" futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Şamaxı" futbolçusu ilə müqavilənin müddətini uzadıb

Futbol
Tomas Tuxel "Bavariya"nın baş məşqçisi ola bilər

Tomas Tuxel "Bavariya"nın baş məşqçisi ola bilər

Futbol
Konfrans Liqası: Türkiyəli futbolçu həftənin ən yaxşısı adına namizəd olub

Konfrans Liqası: Türkiyəli futbolçu həftənin ən yaxşısı adına namizəd olub