Kadi Borges özünü Azərbaycan Premyer Liqasının ən yaxşı futbolçusu sayır

Kadi Borges özünü Azərbaycan Premyer Liqasının ən yaxşı futbolçusu sayır

Qış fasiləsində "Qarabağ"ı Rusiyanın "Krasnodar" klubuna dəyişən braziliyalı yarımmüdafiəçi Kadi Borges özünü Azərbaycan Premyer Liqasının ən yaxşı futbolçusu sayır.

"Report"un məlumatına görə, 27 yaşlı oyunçu bu barədə "metaratings.ru" saytına müsahibəsində deyib.

O, "Krasnodar"ın sabiq baş məşqçisi Murad Musayevin sizi Azərbaycan çempionatının ən yaxşısı hesab etməsi fikri ilə razısınız?" sualına gülərək "Bəli, razıyam" deyə cavab verib.

Təcrübəli futbolçu özünün güclü tərəflərini də açıqlayıb: "Ən birincisi çeviklikdir. Komandaya lazım olsa, mövqeyimi dəyişmək mənim üçün çətin deyil. Ötürmələrlə oynamağı və orta məsafədən zərbələr vurmağı xoşlayıram. Amma indi komanda yoldaşlarımla işləmək vacibdir ki, bir-birimizin imkanlarından gözəl şəkildə istifadə edək".

Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından bu ilin əvvəlinə qədər “Qarabağ”ın formasını geyinib. O, qış fasiləsində 5 milyon avro müqabilində “Krasnodar”a transfer olunub.

Futbol
"Neftçi"nin legioneri: "Müasir futbol təkcə ayaqla oynanılmır"

"Neftçi"nin legioneri: "Müasir futbol təkcə ayaqla oynanılmır"

Futbol
FIFA dünya çempionatında komandaların qazancını açıqlayıb

FIFA dünya çempionatında komandaların qazancını açıqlayıb

Futbol
“Sumqayıt”ın qış hazırlıq planı açıqlanıb

“Sumqayıt”ın qış hazırlıq planı açıqlanıb

Futbol
"Qarabağ"ın "Olimpiakos"la ev oyununa cəmi 300 bilet qalıb

"Qarabağ"ın "Olimpiakos"la ev oyununa cəmi 300 bilet qalıb

Futbol
Konfrans Liqası: “Qarabağ” “səpələnməmişlər”lərdən olacaq

Konfrans Liqası: “Qarabağ” “səpələnməmişlər”lərdən olacaq

Futbol
Anatoli Banişevskinin xatirəsi yad olunub

Anatoli Banişevskinin xatirəsi yad olunub

Futbol
Qətər koronavirusa qarşı peyvənd olunmayanlar üçün karantini ləğv edir

Qətər koronavirusa qarşı peyvənd olunmayanlar üçün karantini ləğv edir

Futbol
Yurgen Klopp "Liverpul"un sükanı arxasında yubiley oyununa çıxıb

Yurgen Klopp "Liverpul"un sükanı arxasında yubiley oyununa çıxıb

Futbol
“El Klasiko”da rekordlar qeydə alınıb

“El Klasiko”da rekordlar qeydə alınıb

Futbol
Azərbaycan millisinin futzalçısı: "Polşa qrupda əsas rəqibimizdir"

Azərbaycan millisinin futzalçısı: "Polşa qrupda əsas rəqibimizdir"

Futbol
PFL prezidenti: “Mütləq sponsor olmalıdır düşüncəsi ilə kiminlə gəldi anlaşmaq düzgün olmaz” - MÜSAHİBƏ

PFL prezidenti: “Mütləq sponsor olmalıdır düşüncəsi ilə kiminlə gəldi anlaşmaq düzgün olmaz” - MÜSAHİBƏ

Futbol
Qazaxıstan millisinin futbolçusu faciəvi şəkildə ölüb

Qazaxıstan millisinin futbolçusu faciəvi şəkildə ölüb