Mudrik "Tottenhem"də - RƏSMİ
“Çelsi”nin futbolçusu Mixaylo Mudrik karyerasını “Tottenhem”də davam etdirəcək.
QELEBE.AZ xəbər verir ki, London klubu 25 yaşlı ukraynalı vingeri 2026/2027 mövsümünün sonuna qədər icarəyə götürüb.
Transfer “Tottenhem” tərəfindən rəsmən açıqlanıb.
ESPN-in məlumatına görə, müqavilədə “Tottenhem” üçün futbolçunu 75 milyon funt sterlinqə birdəfəlik transfer etmək hüququ da nəzərdə tutulub.
Mudrik “Şaxtyor”da birlikdə çalışdığı baş məşqçi Roberto De Zerbi ilə yenidən bir araya gəlib.
Qeyd edək ki, Mixaylo 2023-cü ilin yanvarında “Şaxtyor”dan “Çelsi”yə transfer olunmuşdu. O, London klubunun heyətində 73 oyunda 10 qol vurub.

https://mail.qelebe.az//uploads/photo/mudrik-quottottenhemquotde-resmi.webp