“Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda

“Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda

“Fənərbaxça” futbolçusu Dieqo Karlosun İtaliyanın “Parma” klubuna keçidi ilə bağlı açıqlama yayıb.

QELEBE.AZ xəbər verir ki, İstanbul təmsilçisi oyunçu ilə qarşılıqlı razılaşma əsasında onun tibbi müayinədən keçməsi və transfer danışıqları aparması üçün İtaliyaya getməsinə icazə verib.

Klub tibbi müayinələrin və danışıqların başa çatmasından sonra transfer prosesi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyini bildirib.

Qeyd edək ki, 33 yaşlı müdafiəçi 2025-ci ildən “Fənərbaxça”da çıxış edir. O, ötən mövsümü icarə əsasında “Komo”da çıxış edib.