Ceyhun Sultanov: "Qarabağ"ın "Gent" səddini keçəcəyinə inanıram"

Ceyhun Sultanov: "Qarabağ"ın "Gent" səddini keçəcəyinə inanıram"

"Qarabağ"ın mərhələ adlayacağına inanıram".

Bunu "QELEBE.AZ"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov "köhlən atlar"ın Belçikada "Gent"ə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab matçı ilə bağlı danışarkən deyib.

44 yaşlı keçmiş yarımmüdafiəçi ölkə çempionunun rəqib meydanında daha yaxşı çıxış etdiyini bildirib: "Komanda bunu əvvəlki görüşlərdə də göstərib. "Qarabağ" Fransanın "Nant" klubuna qarşı gözəl oyun sərgiləyib, Yunanıstanda "Olimpiakos"a qalib gəlib. Bu səbəbdən ümidliyəm və "Gent" səddini keçəcəklərini düşünürəm".

Hazırda menecer kimi çalışan Sultanov Bakıdakı ilk qarşılaşmanın ən yaxşılarından hesab edilən Marko Yankoviçin zədələnməsinə də toxunub: "Qarabağ"da heç bir futbolçunun yoxluğunu itki saymıram. Çünki 22 eyni səviyyəli oyunçuları var. Kevin Medina cəza səbəbindən olmasa da, Bəhlul Mustafazadə və Bədavi Hüseynov ilk matçda istənilən səviyyədə idi. Yankoviçin də olmamasını itki hesab etmirəm. Komandanın yetərincə gücü və futbolçusu var".

O, "köhlən atlar"ın Belçikadakı görüşdə qapı xəttində böyük problem yaşamayacağını sözlərinə əlavə edib: "Luka Quqeşaşvilini zəif qapıçı kimi göstərmək düzgün olmaz. Son matçları yaxşı keçirməmək o demək deyil ki, pis qolkiperdir. Quqeşaşvili hazırda Amin Ramazanovdan daha etibarlı və təcrübəlidir. Məncə, o, birinci seçim olmalıdır".

Sultanov Ağdam təmsilçisində yeni transferlərdən albaniyalı Redon Cicanın hazırlıqlı olduğunu deyib: "O, əvvəlki komandasında oyunlar keçirib, qışdakı təlim-məşq toplanışında da iştirak edib. Yassin Benzianın hərəkətlərindən hələlik hazır olmadığı görsənir. Adama Diakabinin isə köməyi dəyə bilər. Oyun təcrübəsinin az olmasına baxmayaraq, formasını bərpa edibsə, komandaya yardımçı olacaq".

Qeyd edək ki, bu gün "Gelamko Arena"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk görüşdə "köhlən atlar" 1:0 hesabı ilə qalib gəlib.

Futbol
Edinson Kavaninin yeni klubu müəyyənləşib

Edinson Kavaninin yeni klubu müəyyənləşib

Futbol
Tərlan Əhmədov: “Baş verənlərdən sığortalanmamışıq”

Tərlan Əhmədov: “Baş verənlərdən sığortalanmamışıq”

Futbol
Premyer Liqa: “Kəpəz” “Səbail”ə qalib gəlib

Premyer Liqa: “Kəpəz” “Səbail”ə qalib gəlib

Futbol
PSJ-nin prezidenti: "Messi komandada qalmaq istəyir"

PSJ-nin prezidenti: "Messi komandada qalmaq istəyir"

Futbol
Millətlər Liqası: Daha 5 ölkə pley-offa vəsiqəni təmin edə bilər

Millətlər Liqası: Daha 5 ölkə pley-offa vəsiqəni təmin edə bilər

Futbol
Azərbaycan millisinin sabiq qapıçısı UEFA-nın komitəsinə üzv seçilib

Azərbaycan millisinin sabiq qapıçısı UEFA-nın komitəsinə üzv seçilib

Futbol
Azərbaycan derbisi: Biletlərin qiyməti açıqlanıb

Azərbaycan derbisi: Biletlərin qiyməti açıqlanıb

Futbol
AFFA “Neftçi” klubunun baş məşqçisini və futbolçularını cəzalandırıb

AFFA “Neftçi” klubunun baş məşqçisini və futbolçularını cəzalandırıb

Futbol
"Neftçi" "İnter, "Yuventus" və "Atletiko" ilə eyni turnirdə mübarizə aparacaq

"Neftçi" "İnter, "Yuventus" və "Atletiko" ilə eyni turnirdə mübarizə aparacaq

Futbol
"Çelsi" yeni baş məşqçisini açıqlayıb

"Çelsi" yeni baş məşqçisini açıqlayıb

Futbol
Messi ÇL-də 39-cu komandaya qol vuraraq, turnir rekorduna imza atıb

Messi ÇL-də 39-cu komandaya qol vuraraq, turnir rekorduna imza atıb

Futbol
"Frayburq"un baş məşqçisi: "Qarabağ" Çempionlar Liqasında oynamalı idi"

"Frayburq"un baş məşqçisi: "Qarabağ" Çempionlar Liqasında oynamalı idi"