"Karvan-Yevlax"dan transfer – Təcrübəli qapıçı ilə 1 illik müqavilə
"Karvan-Yevlax" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi qapıçı Orxan Sadıqlı ilə 1 illik müqavilə bağlayıb.
33 yaşlı futbolçu son olaraq "Mingəçevir"in formasını geyinib.
Qeyd edək ki, Orxan Sadıqlı karyerası ərzində "Xəzər Lənkəran", "Şəmkir", "Kəpəz", "Sumqayıt" və "Zirə" klublarında da çıxış edib.

https://mail.qelebe.az//uploads/photo/quotkarvan-yevlaxquotdan-transfer-tecrubeli-qapichi-ile-1-illik-muqavile.webp