“Zirə”nin “Qarabağ”la oyunlardakı 8 illik qələbə həsrəti davam edib

“Zirə”nin “Qarabağ”la oyunlardakı 8 illik qələbə həsrəti davam edib

Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.

“QELEBE.AZ”un məlumatına görə, son oyunda “Zirə” ilə “Qarabağ” üz-üzə gəliblər.

Komandalar Zirə İdman Kompleksinin stadionunda qarşılaşıblar. Premyer Liqada iştirak etdiyi 2015-ci ildən bəri “Qarabağ” üzərində qələbə üzü görməyən qəsəbə təmsilçisinin həsrəti 30-cu görüşdə də davam edib.

Matçın taleyini son dəqiqələrdə vurulan avtoqol həll edib. Qismət Alıyevin 87-ci dəqiqədə topu öz qapısından keçirməsi sayəsində “Qarabağ” səfərdə 1:0 hesablı qələbə qazanıb.

Bu nəticədən sonra xallarının sayını 61-ə çatdıran “Qarabağ” liderliyini möhkəmlədib. “Zirə” isə 32 xalla dördüncü pillədə qərarlaşıb.

Turun əvvəlki oyunlarında “Kəpəz” “Şamaxı”nı (3:2), “Qəbələ” “Sumqayıt”ı (2:1), “Neftçi” “Səbail”i (3:0) öz meydanında, “Turan Tovuz” isə “Sabah”ı (2:0) səfərdə məğlub edib.

Qeyd edək ki, Premyer Liqada XXIV turun oyunları fevralın 24-27-si aralığında keçiriləcək.

17:47

Azərbaycan Premyer Liqasında XXIII tura “Zirə” – “Qarabağ” oyunu ilə yekun vurulacaq.

“QELEBE.AZ”un məlumatına görə, turun son matçı üçün komandalar start heyətlərini açıqlayıblar.

Saat 19:00-da başlayacaq qarşılaşmaya komandalar aşağıdakı oyunçularla çıxacaqlar:

“Zirə”: 1. Mehdi Cənnətov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 96. Donald Gerye, 47. Mohamed Hamdaui, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 38. Ramiz Muradov, 9. Loris Broqno, 70. İssa Cibrila, 17. Toni Qomes, 7. Filipe Paxtman, 6. Eldar Quliyev

Baş məşqçi: Rəşad Sadıqov

“Qarabağ”: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 9. Musa Qurbanlı, 81. Kevin Medina, 7. Yassin Benzia, 87. Adama Diakabi, 99. Redon Cica

Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 6. Julio Romao, 15. Leandro Andrade

Baş məşqçi: Qurban Qurbanov

Futbol
Almaniya millisinin əsas qapıçısı ayağı sındığı üçün mövsümü başa vurub

Almaniya millisinin əsas qapıçısı ayağı sındığı üçün mövsümü başa vurub

Futbol
Azərbaycan Kuboku: “Səbail” “Sabah”ı məğlub edib

Azərbaycan Kuboku: “Səbail” “Sabah”ı məğlub edib

Futbol
Azərbaycan millisi Moldova ilə oyunda fasiləyə üstün yollanıb

Azərbaycan millisi Moldova ilə oyunda fasiləyə üstün yollanıb

Futbol
“Fənərbaxça”dan “Frayburq”a qədər: Azərbaycan klubları avrokubokda 600-cü qolu buraxıb

“Fənərbaxça”dan “Frayburq”a qədər: Azərbaycan klubları avrokubokda 600-cü qolu buraxıb

Futbol
Ronaldo bağışlanılıb

Ronaldo bağışlanılıb

Futbol
"Dinamo"nun baş məşqçisi: "Mahir Emreli sabah heyətdə olacaq"

"Dinamo"nun baş məşqçisi: "Mahir Emreli sabah heyətdə olacaq"

Futbol
Konfrans Liqası: Növbəti mərhələnin bütün iştirakçıları bəlli olub

Konfrans Liqası: Növbəti mərhələnin bütün iştirakçıları bəlli olub

Futbol
Zaur Hacı-Məhərrəmov: "PFL-i daha yüksək səviyyəyə qaldıracağıq"

Zaur Hacı-Məhərrəmov: "PFL-i daha yüksək səviyyəyə qaldıracağıq"

Futbol
Samuel Eto əlcəzairli yutuberin sifətinə təpiklə zərbə vurub

Samuel Eto əlcəzairli yutuberin sifətinə təpiklə zərbə vurub

Futbol
Qurban Qurbanov Veşoviçin mümkün transferinə münasibət bildirib

Qurban Qurbanov Veşoviçin mümkün transferinə münasibət bildirib

Futbol
İngiltərə yığmasının futbolçusu tarixə düşüb

İngiltərə yığmasının futbolçusu tarixə düşüb

Futbol
FIFA Puşkaş mükafatına namizəd qolların siyahısını açıqlayıb

FIFA Puşkaş mükafatına namizəd qolların siyahısını açıqlayıb