Enzo Fernandez: “Həyatımın qolunu vurdum”
Argentina millisinin yarımmüdafiəçisi Enzo Fernandez Misirlə oyundan sonra açıqlama verib.
QELEBE.AZ xəbər verir ki, futbolçu DÇ-2026-nın 1/8 finalında 3:2 hesablı qələbəni şərh edib.
“Həyatımın qolunu indicə vurdum. Turnirdən kənarda qalmağa yaxın idik, amma əlimizdən gələn hər şeylə mübarizə apardıq. Biz belə ürəkli komandayıq”, - deyə Enzo bildirib.
Qeyd edək ki, Argentina 1/4 finalda İsveçrə - Kolumbiya cütünün qalibi ilə qarşılaşacaq.

https://mail.qelebe.az//uploads/photo/enzo-fernandez-heyatimin-qolunu-vurdum.webp