“Kəpəz”in növbəti rəqibi bəlli oldu
“Kəpəz” futbol klubunun yay fasiləsində keçirəcəyi daha bir yoxlama oyununun rəqibi açıqlanıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Kəpəz” üçüncü - sonuncu yoxlama matçında “Sumqayıt”la qarşılaşacaq. Görüş iyulun 26-da Qəbələ şəhər stadionunda keçiriləcək.
Qeyd edək ki, Gəncə klubu iyulun 14-də “Qəbələ”, iyulun 20-də isə “Şamaxı” ilə qüvvəsini sınayacaq.

https://mail.qelebe.az//uploads/photo/kepezin-novbeti-reqibi-belli-oldu.webp