Rusiyalı qolkiper “Turan Tovuz”da - RƏSMİ
"Turan Tovuz" heyətini yeni oyunçu ilə gücləndirib.
QELEBE.AZ xəbər verir ki, komanda qapıçı Aleksey Kenyaykini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rusiyalı qapıçı ilə 2 illik müqavilə bağlanıb.
Qeyd edək ki, 27 yaşlı Kenyaykin ilk dəfə legioner həyatı yaşayacaq. 199 santimetr boya malik olan qolkiper karyerası ərzində "Orenburq", "Torpedo" (Moskva), "Volqa" (Ulyanovsk) klublarının formasını geyinib.

https://mail.qelebe.az//uploads/photo/rusiyali-qolkiper-turan-tovuzda-resmi.webp