Mbappe Messiyə yaxınlaşdı - Dünya çempionatlarında 18-ci qol
Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-da qol sayını artırıb.
QELEBE.AZ xəbər verir ki, 27 yaşlı futbolçu 1/16 finalda İsveçə qarşı 2 qol vurub.
Bununla Mbappe cari turnirdə 6 qola çataraq Lionel Messiyə şərik olub. O, dünya çempionatları tarixində isə ümumilikdə 18-ci qolunu vurub və bu göstəricidə zirvədə olan Messiyə yaxınlaşıb.
Qeyd edək ki, Messinin dünya çempionatlarında 19 qolu var. Mbappe rekorddan cəmi 1 qol geri qalır.

https://mail.qelebe.az//uploads/photo/mbappe-messiye-yaxinlashdi-dunya-chempionatlarinda-18-ci-qol.webp