Asim Xudiyev UEFA Çempionlar Liqasının oyununa təyinat alıb
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan təyinat alıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
A.Xudiyev UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 8-də keçiriləcək "Kayrat" (Qazaxıstan) - "Sutyeska" (Monteneqro) oyununun hakim-inspektoru olacaq.
Xatırladaq ki, qarşılaşma Almati şəhərində yerləşən "Ortalik" stadionunda baş tutacaq.

https://mail.qelebe.az//uploads/photo/asim-xudiyev-uefa-chempionlar-liqasinin-oyununa-teyinat-alib.webp