Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
Cənubi Koreya millisinin baş məşqçisi Hon Myunq Bo vəzifəsindən ayrılıb.
QELEBE.AZ xəbər verir ki, təcrübəli mütəxəssis yığmanın DÇ-2026-da qrup mərhələsində mübarizəni dayandırmasından sonra istefa qərarı verib.
Hon Myunq Bo Cənubi Koreya millisini ümumilikdə 45 oyunda çalışdırıb. Onun rəhbərliyi altında komanda 20 qələbə qazanıb, 9 heç-heçə edib və 16 dəfə məğlub olub.
Qeyd edək ki, Cənubi Koreya DÇ-2026-da A qrupunu 6 xalla 3-cü pillədə başa vursa da, ən yaxşı üçüncülər sırasında yer ala bilməyərək 1/16 finala vəsiqə qazana bilməyib.

https://mail.qelebe.az//uploads/photo/qrupda-qaldilar-cenubi-koreyanin-bash-meshqchisi-istefa-verdi.webp