Çempionlar Liqası: "Benfika"dan qələbə, "Çelsi" "Borussiya"ya uduzub

Çempionlar Liqası: "Benfika"dan qələbə, "Çelsi" "Borussiya"ya uduzub

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.

"Report"un məlumatına görə, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb.

Gecənin maraqla gözlənilən matçı Almaniyada Dortmund "Borussiya"sı ilə "Çelsi" arasında olub. "Siqnal İduna Park" stadionunda baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 63-cü dəqiqədə Kərim Adeyemi vurub.

Digər oyunda isə Portuqaliya "Benfika"sı Belçikada turnirin sürpriz komandası "Brügge"ni 2:0 hesabı ilə məğlub edib. Qollara 51-ci dəqiqədə penaltidən Joau Mariu və 88-ci dəqiqədə David Neres imza atıblar.

UEFA Çempionlar Liqas
1/8 final, ilk oyunlar
15 fevral

00:00. "Borussiya" Dortmund (Almaniya) - "Çelsi" (İngiltərə) - 1:0
Qol:
Kərim Adeyemi, 63
Baş hakim: Xesus Gil Manzano (İspaniya)
Dortmund, "Siqnal İduna Park" stadionu

00:00. "Brügge" (Belçika) - "Benfika" (Portuqaliya) - 0:2
Qollar:
Joau Mariu, 51 (penalti). David Neres, 88
Baş hakim: Davide Massa (İtaliya)
Brügge, "Yan Breydel" stadionu.

Qeyd edək ki, 1/8 finalın ilk oyun günündə Almaniya "Bavariya"sı Fransada PSJ-yə, İtaliya "Milan"ı isə evdə İngiltərə "Tottenhem"inə 1:0 hesabı ilə qalib gəlib.

Futbol
"Səbail" yeni mövsümdə ilk qələbəsini qazanıb

"Səbail" yeni mövsümdə ilk qələbəsini qazanıb

Futbol
DÇ-2022: Meksika və Polşa qolsuz bərabərliyə razılaşıb

DÇ-2022: Meksika və Polşa qolsuz bərabərliyə razılaşıb

Futbol
"Qarabağ" - "Nant" oyunu başlayıb

"Qarabağ" - "Nant" oyunu başlayıb

Futbol
İsnik Alimi: “Qol yollarında daha yaxşı olmalıyıq”

İsnik Alimi: “Qol yollarında daha yaxşı olmalıyıq”

Futbol
Ronaldu karyerasını ABŞ-da davam etdirə bilər

Ronaldu karyerasını ABŞ-da davam etdirə bilər

Futbol
"Neftçi"nin baş məşqçisi: "Gəncədəki stadionda otun hündürlüyü böyük idi"

"Neftçi"nin baş məşqçisi: "Gəncədəki stadionda otun hündürlüyü böyük idi"

Futbol
Çimərlik futbolu üzrə Azərbaycan millisi seçmə mərhələdəki ilk oyunda uduzub

Çimərlik futbolu üzrə Azərbaycan millisi seçmə mərhələdəki ilk oyunda uduzub

Futbol
"Milan"ın futbolçusunun evi qarət olunub

"Milan"ın futbolçusunun evi qarət olunub

Futbol
Xavi Zidanın rekordunu geridə qoyub

Xavi Zidanın rekordunu geridə qoyub

Futbol
Əli Daeinin İrandan çıxışına qadağa qoyulub

Əli Daeinin İrandan çıxışına qadağa qoyulub

Futbol
“Qarabağ”ın sabiq futbolçusu Azərbaycana qayıda bilər

“Qarabağ”ın sabiq futbolçusu Azərbaycana qayıda bilər

Futbol
Azərbaycan Premyer Liqası: “Səbail” - “Şamaxı” oyununda hesab açılmayıb

Azərbaycan Premyer Liqası: “Səbail” - “Şamaxı” oyununda hesab açılmayıb