Gültac Məmmədəliyevadan bürünc medal
Estoniyanın paytaxtı Tallində keçirilən cüdo üzrə Avropa Açıq Turniri başa çatıb.
QELEBE.AZ xəbər verir ki, Azərbaycan millisi yarışın son günündə daha bir medal qazanıb.
Gültac Məmmədəliyeva (-52 kq) bürünc medala sahib çıxıb. Cüdoçumuz üçüncü yer uğrunda görüşdə Böyük Britaniya təmsilçisi Keytlin Barberi məğlub edib.
Xatırladaq ki, turnirin ilk günündə Fidan Əlizadə (-63 kq) gümüş, Madina Kaisinova (+78 kq) isə bürünc medal əldə etmişdi.

https://mail.qelebe.az//uploads/photo/gultac-memmedeliyevadan-burunc-medal.webp