Azərbaycan millisinin baş məşqçisi: “Qrupda 3-cü yeri tutmağımız uğur olar” - MÜSAHİBƏ

Azərbaycan millisinin baş məşqçisi: “Qrupda 3-cü yeri tutmağımız uğur olar” - MÜSAHİBƏ

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalyada təlim-məşq toplanışı çərçivəsində martın 23-də Albaniya, 26-da Sloveniya ilə yoldaşlıq görüşü keçirəcək.

Bu, AVRO-2025-in seçmə mərhələsində Serbiya ilə sentyabrın 12-də keçiriləcək ilk matça hazırlıq xarakteri daşıyacaq.

“Report”un suallarını cavablandıran U-21 yığmasının baş məşqçisi Samir Əliyev həm futbolçuların hazırlıq durumundan danışıb, həm də seçmə mərhələdəki şanslarını dəyərləndirib.

- Qış fasiləsindən sonra Premyer Liqada 4, Birinci Divizionda isə 1 tur oynanılıb. U-21 yığmasının üzvlərinin hazırlıq durumu ürəyinizcədir?
- Açığı, hazırkı vəziyyətləri barədə ətraflı nəsə demək çətin olar. Futbolçularımızın əksəriyyəti Birinci Divizionda çıxış edir. Bu çempionatda isə fasilə yeni başa çatıb. Premyer Liqada oynayan futbolçumuzun sayı barmaqla sayılacaq qədər azdır. Premyer Liqada cəmi 3 futbolçumuz var – “Qəbələ”dən Emil Səfərov, “Turan Tovuz”dan Veysəl Rzayev və “Kəpəz”dən Abdulla Rzayev. Təəssüf ki, Emillə Veysəl axırıncı çempionat oyununun son 10 dəqiqəsində meydanda olublar. Yalnız Abdulla müntəzəm çıxış edir, yaxşı təsir bağışlayır. Musa Qurbanlı və Cəlal Hüseynovun isə yaşları uyğun gəlsə də, onlar əsas milliyə çağırılırlar. Qalanları Birinci Diviziondan gəlirlər.

- Martın sonlarında Antalya toplanışında Albaniya və Sloveniya seçmələri ilə yoxlama görüşləri keçiriləcək. Rəqib seçimi nəyə əsasən aparılıb?
- Fikrimcə, “dişimizə” görə, yaxşı rəqiblərdir. Düzdür, reytinqdə bizdən yüksəkdədirlər. Rəqib seçimi zamanı daha güclü komandalarla qarşılaşmağa çalışırdıq. Albaniya və Sloveniyanı seçməyimiz təsadüfi deyil. Hər ikisi seçmə mərhələdəki ilk rəqibimiz olan Serbiyaya yaxındır. Balkan ölkələri olduğu üçün oyun üslubları bir-birinə çox uyğundur. Onlarla matçlarda həm oyunçuları nəzərdən keçirəcəyik, həm də taktiki və fiziki cəhətdən hazırlaşacağıq. Futbolçuların potensialının qiymətləndirilməsi ilə bağlı həmin matçlardan sonra fikir bildirmək olar. Martdakı görüşlər məhz sentyabrdakı seçmə mərhələyə hazırlıq xarakteri daşıyacaq.

- Türkiyədə baş verən zəlzələ ilə bağlı martdakı təlim-məşq toplanışının yerinin dəyişdirilməsi variantı varmı?
- Bu mövzuda danışmaq bir az çətindir. Çünki oyunları razılaşdıranda bu hadisə baş verməmişdi. Əslində həmin federasiyalarla püşkatmadan dərhal sonra razılaşmışdıq. Martda təkcə biz yox, Avropanın yarıdan çoxu Antalyada yoldaşlıq matçı keçirməlidir. Həmin vaxt U-21-lərin müxtəlif turnirləri nəzərdə tutulub. Martdakı toplanışa hələ vaxt var. Məkanın dəyişdirilib-dəyişdirilməyəcəyini hələ bilmirəm. Ümumiyyətlə, belə bir söhbət olmayıb.

- AVRO-2025-in seçmə qrup mərhələsində Lüksemburq, Şimali İrlandiya, Serbiya, Ukrayna və İngiltərə ilə qarşılaşacaqsınız. Nəyə ümid edirsiniz?
- Azərbaycan yığması adına uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- Uğurlu nəticə deyəndə nəyi nəzərdə tutursunuz?
- Uğurlu nəticə əvvəlki seçmə mərhələlərdən daha çox xal toplamaq olar. Həmçinin, İngiltərə, Ukrayna, Serbiya kimi komandaları məğlub etmək, onlarla başabaş mübarizə aparmaq yaxşı nəticə sayılar.

- Bu nə dərəcədə real görünür?
- Niyə də yox? Əlbəttə ki, real görünür. Hər bir rəqibə qarşı futbol oynamaq olar.

- Qrupda neçənci yeri hədəfləyirsiniz?
- Yalandan deyim ki, birinci yeri tutacağıq? Bu real olmaz. Məncə, qrupda 3-cü yeri tutmağımız uğur olar. İslam Həmrəyliyi Oyunlarına gedəndə heç kim 3-cü yeri tutacağımızı təxmin etmirdi. Buna görə də futbolda istənilən nəticəni qazanmaq olar.

Futbol
"Sivasspor"dan qələbə, "Başakşehir" "Fiorentina"nı darmadağın edib

"Sivasspor"dan qələbə, "Başakşehir" "Fiorentina"nı darmadağın edib

Futbol
Millətlər Liqasında "Dördlər finalı"nın keçiriləcəyi ölkə açıqlanıb

Millətlər Liqasında "Dördlər finalı"nın keçiriləcəyi ölkə açıqlanıb

Futbol
Azərbaycanın FIFA referiləri təyinat alıb

Azərbaycanın FIFA referiləri təyinat alıb

Futbol
"Qarabağ"ın legioneri Premyer Liqada yubiley oyununu keçirib

"Qarabağ"ın legioneri Premyer Liqada yubiley oyununu keçirib

Futbol
PFL rəhbərliyi Gəncə şəhər stadionunun vəziyyəti ilə tanış olub

PFL rəhbərliyi Gəncə şəhər stadionunun vəziyyəti ilə tanış olub

Futbol
"Zirə" "Neftçi" ilə oyunda ciddi itki ilə üzləşib

"Zirə" "Neftçi" ilə oyunda ciddi itki ilə üzləşib

Futbol
“Əl-Nəsr” Ronaldonun formasından 22 milyon 638 min dollar qazanc götürüb

“Əl-Nəsr” Ronaldonun formasından 22 milyon 638 min dollar qazanc götürüb

Futbol
Andrey Şevçenko Polşa millisinin baş məşqçisi ola bilər

Andrey Şevçenko Polşa millisinin baş məşqçisi ola bilər

Futbol
“Sumqayıt” 26 illik antirekordu təkrarlayıb

“Sumqayıt” 26 illik antirekordu təkrarlayıb

Futbol
KİV: “Səudiyyənin iki klubu Messi ilə müqavilə imzalamaq istəyir”

KİV: “Səudiyyənin iki klubu Messi ilə müqavilə imzalamaq istəyir”

Futbol
Azərbaycan Premyer Liqasında I dövrəyə darmadağınla yekun vurulub

Azərbaycan Premyer Liqasında I dövrəyə darmadağınla yekun vurulub

Futbol
UEFA Avropa Liqası: Daha yeddi komanda növbəti mərhələyə vəsiqə qazana bilər

UEFA Avropa Liqası: Daha yeddi komanda növbəti mərhələyə vəsiqə qazana bilər