"Yuventus"un futbolçusu mövsümü erkən başa vurdu
İtaliya A Seriyası təmsilçisi "Yuventus" heyətində ciddi itki ilə üzləşib.
QELEBE.AZ xəbər verir ki, Turin klubunun hücumçusu Arkadiuş Milik zədələnib.
Əzələsində yaranan problemlərə görə azı 4-5 həftə yaşıl meydanlardan uzaq qalacaq polşalı futbolçu üçün mövsüm artıq başa çatıb.
Qeyd edək ki, Arkadiuş Milik 2023-cü ildən "Yuventus"un şərəfini qoruyur.

https://mail.qelebe.az//uploads/photo/quotyuventusquotun-futbolchusu-movsumu-erken-basha-vurdu.webp