“Şamaxı” “Zirə” səfərindən bir xalla qayıdır - YENİLƏNİB
Misli Premyer Liqasında 26-cı tura bu gün oynanılacaq 3 oyunla yekun vurulacaq.
QELEBE.AZ xəbər verir ki, günün ikinci matçı Zirə qəsəbəsində baş tutub.
"Zirə" doğma meydanda "Şamaxı"nı qonaq edib. Matçın start fiti saat 17:15-də səslənib.
Gərgin keçən görüşdə qalib müəyyənləşməyib. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Misli Premyer Liqası
III dövrə, XXVI tur
17:15. "Zirə" - "Şamaxı" 1:1
Hakimlər: Elçin Məsiyev, Rahil Ramazanov, Teymur Teymurov, İnqilab Məmmədov
VAR: Rauf Cabarov
AVAR: Pərvin Talıbov
Zirə. İdman Kompleksinin stadionu

https://mail.qelebe.az//uploads/photo/shamaxi-zire-seferinden-bir-xalla-qayidir-yenilenib.webp