Mesut Kapan: “Azərbaycan cüdoçularının beynəlxalq uğurları, titulları türkiyəlilərdən daha çoxdur” - MÜSAHİBƏ

Mesut Kapan: “Azərbaycan cüdoçularının beynəlxalq uğurları, titulları türkiyəlilərdən daha çoxdur” - MÜSAHİBƏ

Beynəlxalq Cüdo Federasiyasının (IJF) Akademiyasının mütəxəssisləri birinci səviyyə məşqçilik sertifikatı proqramında Azərbaycanın cüdo məşqçilərinə təlim keçirlər.

Kurslara IJF Akademiyasının idman direktoru Daniel Laskau və Türkiyə Cüdo Federasiyasının baş koordinatoru Mesut Kapan rəhbərlik edir.

“Report”un suallarını cavablandıran M. Kapan təlimin gedişini dəyərləndirib, eyni zamanda, Azərbaycan və Türkiyə cüdoçuları arasında müqayisə aparıb.

- Azərbaycan məşqçilərinə keçdiyiniz beynəlxalq təlimlər necə gedir?
- Azərbaycan bizim dost və qardaş ölkəmizdir. Burada illərdir cüdo sahəsində uğurlu işlər görülür. İdmançılarınız olimpiadalarda, dünya çempionatlarında çox sayda medallar qazanıblar. Beynəlxalq Cüdo Federasiyası Akademiyasının son 10 ildə tətbiq etdiyi təlimlərdə Azərbaycan Cüdo Federasiyası fəallıq göstərir. Hazırda 80 məşqçi burada təlimə qatılıb. Təxminən 7 ay əvvəl də buraya gələrək dərslər keçmişdik. Azərbaycanda üç dəfə analoji təlim olub. Ümid edirəm ki, hazırkı kursda iştirak edən 80 məşqçi 15 gün davam edəcək təlimin ardından diplomunu alacaq. Onların gələcəkdə Azərbaycan cüdosuna daha çox fayda verəcəklərinə inanıram.

- Məşqçilər adətən yetirmələrinə hazırlıq keçdikləri üçün özləri çox məşq etmirlər. Təlim zamanı hərəkətləri icra edərkən passiv görünmürdülər?
- Azərbaycanlıların, onsuz da, cüdo ilə bağlı heç bir problemləri yoxdur. Həm məşqçilər, həm də idmançılar çox istedadlıdırlar. Amma cüdo təkcə yarışdan ibarət deyil. Bu növdə 100 texnika var ki, bunun hamısını öyrənmək vacibdir. Azərbaycanlı cüdoçular turnirlərdə ümumilikdə 15-20 texnikadan istifadə edirlər. Hazırda davam edən təlimdən sonra buradakı məşqçilər öyrəndikləri 100 texnikanı öz zallarında yetirmələrinə aşılaya biləcəklər. Bu mənada təlim həm özlərinə, həm də tələbələrinə faydalı olacaq.

- Türkiyə Cüdo Federasiyasının rəhbər vəzifəsində çalışırsınız. İki federasiya arasındakı əməkdaşlıq hansı səviyyədədir?
- Türkiyə və Azərbaycanın cüdo federasiyaları uzun illərdir əməkdaşlıq edirlər. Hər il müxtəlif turnirlərə qatılırlar, həmçinin, birlikdə təlim-məşq toplanışları keçirlər. Əvvəldən bir millət, iki dövlət idik. İndi ölkələr bir-birinə bundan da yaxındırlar. Bu, bütün sahələrə, eləcə də, cüdoya şamil edilir. Əminəm ki, bu əməkdaşlıqlar daha da sıxlaşacaq.

- Azərbaycanla Türkiyə cüdoçularını necə müqayisə edə bilərsiniz?
- Azərbaycan cüdoçularının beynəlxalq arenada uğurları, titulları türkiyəlilərdən daha çoxdur. Türkiyə coğrafi baxımdan çox böyük ölkədir. 2012-ci ildə Beynəlxalq Cüdo Federasiyasının Akademiyası yaradıldıqdan bəri son 10 ildə Türkiyə cüdosu uğurlu nəticələr qazanıb. Xüsusən də, yeniyetmələr və gənclər son 4-5 ildə Avropa və dünya çempoinatlarında medallar əldə ediblər. Bunun səbəbi son 10 ildə IJF Akademiyasında yetişən məşqçilərin hazırda milli komandalara rəhbərlik etmələridir. İndi Türkiyədə təxminən 200 cüdo məşqçisi IJF Akademiyasının diplomuna sahibdir.

- Türkiyədə baş verən zəlzələ xəbərini necə qarşıladınız?
- İlk növbədə faciə ilə əlaqədar ölkəmizdə ölənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Türkiyə böyük, güclü ölkədir. Hazırlıqsız yaxalandıq. Zəlzələnin insanların yuxuda olduğu gecə saatlarında baş verməsi faciənin şiddətini bir az da artırdı. Hadisənin səhəri günü yuxudan oyanıb telefonumda xəbərləri izləyəndə şoka düşdüm. Dərhal sevdiklərimlə, yaxınlarımla əlaqə saxladım. Oradakıların hamısı bizim qardaşımız, yaxınımızdır. Dağıntılar altında qalanların xilas edilmələri üçün işlər aparılır. Ümid edirəm ki, ölkə olaraq bu uğursuz günün, fəlakətin təsirindən tez çıxa biləcəyik.

Fərdi
Zabit Səmədov vida döyüşü üçün tamaşaçılara müraciət edib

Zabit Səmədov vida döyüşü üçün tamaşaçılara müraciət edib

Fərdi
Bakıda keçiriləcək Böyük Dəbilqənin medalları təqdim olunub

Bakıda keçiriləcək Böyük Dəbilqənin medalları təqdim olunub

Fərdi
Günay Məmmədzadə: "Vətənim adına ilkə imza atdığım üçün çox şadam"

Günay Məmmədzadə: "Vətənim adına ilkə imza atdığım üçün çox şadam"

Fərdi
Gənc boksçular arasında Azərbaycan birinciliyinin qalibləri bəlli olub

Gənc boksçular arasında Azərbaycan birinciliyinin qalibləri bəlli olub

Fərdi
Zabit Səmədovun vida gecəsində bütün döyüşlərin iştirakçıları bəlli olub

Zabit Səmədovun vida gecəsində bütün döyüşlərin iştirakçıları bəlli olub

Fərdi
Azərbaycanın yeniyetmə boksçusu Avropa çempionu olub

Azərbaycanın yeniyetmə boksçusu Avropa çempionu olub

Fərdi
Daha iki ölkə Beynəlxalq Gimnastika Federasiyasının Konqresini boykot edib

Daha iki ölkə Beynəlxalq Gimnastika Federasiyasının Konqresini boykot edib

Fərdi
Azərbaycanda 2023-cü ildə keçirilməsi planlaşdırılan idman tədbirlərinin siyahısı açıqlanıb

Azərbaycanda 2023-cü ildə keçirilməsi planlaşdırılan idman tədbirlərinin siyahısı açıqlanıb

Fərdi
Azərbaycanın qadın güləşçisi dünya çempionatında zədələnib

Azərbaycanın qadın güləşçisi dünya çempionatında zədələnib

Fərdi
ASAPES-də İsrailli professorun seminarı başlayıb

ASAPES-də İsrailli professorun seminarı başlayıb

Fərdi
Rusiya və Belarus paracüdoçuları Bakıdakı dünya çempionatına buraxılmayacaq

Rusiya və Belarus paracüdoçuları Bakıdakı dünya çempionatına buraxılmayacaq

Fərdi
Azərbaycan taekvondoçuları ili 101 medalla başa vurublar

Azərbaycan taekvondoçuları ili 101 medalla başa vurublar