Sadio Mane 2022-ci ildə Afrikanın ən yaxşı futbolçusu seçilib
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Afrika zonası üzrə 2022-ci ilin ən yaxşı oyunçusunu açıqlayıb.
"Report" xəbər verir ki, IFFHS-ın versiyasına əsasən, bu ada Seneqal millisinin və Almaniyanın "Bavariya" klubunun vingeri Sadio Mane layiq görülüb.
Qeyd edək ki, 31 yaşlı oyunçu ötən il zədə səbəbindən Qətərdə keçirilmiş dünya çempionatını buraxıb.

https://mail.qelebe.az//uploads/photo/sadio-mane-2022-ci-ilde-afrikanin-en-yaxshi-futbolchusu-sechilib.webp











