9-cu sinif şagirdi Məhəmməd Rüstəmli Avrasiya çempionatının qalibi olub

9-cu sinif şagirdi Məhəmməd Rüstəmli Avrasiya çempionatının qalibi olub

Laçın şəhərindən olan keçmiş məcburi köçkün ailəsinin üzvü, hazırda Bakı şəhərinin Qaradağ rayonu, "Qobu Park-1" yaşayış kompleksində məskunlaşan 29 nömrəli Laçın tam orta məktəbinin 9-cu sinif şagirdi Məhəmməd Vəli oğlu Rüstəmli beynəlxalq arenada növbəti böyük uğura imza atıb.

APA xəbər verir ki, gənc idmançı məşqlərini "Qobu Park-1" yaşayış kompleksində fəaliyyət göstərən Azərbaycanın Milli Qəhrəmanı Şikar Aslanov adına idman klubunda davam etdirir.

Burada yaradılmış müasir şərait sayəsində o, respublika səviyyəli yarışlarda dəfələrlə birincilik qazanaraq müxtəlif medallarla təltif olunub.

Məhəmməd Rüstəmli 13–15 fevral 2026-cı il tarixlərində Beynəlxalq Həvəskar Qreplinq Assosiasiyası (AİGA) tərəfindən keçirilən Avrasiya çempionatında ölkəmizi uğurla təmsil edib. 30-dan çox ölkənin və 90-dan artıq idman akademiyasının qatıldığı nüfuzlu AİGA qreplinq turnirində o, həm fərdi, həm də komanda hesabında fərqlənərək qızıl medal qazanıb. Məhəmmədin yüksək hazırlıq səviyyəsi Beynəlxalq Həvəskar Qreplinq Assosiasiyasının rəsmi platformalarında nümunəvi iştirak kimi xüsusi vurğulanıb.

Uzun illər çətin şəraitdə yaşamış Rüstəmlilər ailəsi dövlət tərəfindən həyata keçirilən sosial proqramlar çərçivəsində "Qobu Park-1" yaşayış kompleksində müasir və rahat mənzillə təmin olunub. Yaşayış kompleksindəki geniş idman infrastrukturu Məhəmməd kimi gənclərin peşəkar idmanla məşğul olmasına real imkanlar yaradıb.

Gənc çempion doğma Laçın şəhərinin işğaldan azad olunmasını böyük qürurla qarşıladığını bildirib: "Əldə etdiyim uğurlara görə ölkə rəhbərliyinə və bizə göstərilən diqqətə minnətdaram. Əsas arzum tezliklə doğma Laçına qayıtmaq, orada idmanın inkişafına töhfə vermək və gəncləri sağlam həyat tərzinə təşviq etməkdir".

Məhəmməd Rüstəmlinin bu qələbəsi dövlətin gənclər siyasətinin və idmana yönəlmiş ardıcıl strategiyasının növbəti uğurlu nəticəsidir.

Digər növlər
Taekvondoçularımızdan uğurlu start - 1 qızıl və 1 gümüş medal

Taekvondoçularımızdan uğurlu start - 1 qızıl və 1 gümüş medal

Digər növlər
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi məlum olub - FOTO

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi məlum olub - FOTO

Digər növlər
Nazir idmançılara pul mükafatlarının mərhələli şəkildə verilməsi ilə bağlı narazılıqlara cavab verib

Nazir idmançılara pul mükafatlarının mərhələli şəkildə verilməsi ilə bağlı narazılıqlara cavab verib

Digər növlər
Elşən Məmmədov Qusar Olimpiya İdman Kompleksinin direktoru təyin edilib

Elşən Məmmədov Qusar Olimpiya İdman Kompleksinin direktoru təyin edilib

Digər növlər
Hyundai Accent: Texniki Xüsusiyyətlər və Ehtiyat Hissələri

Hyundai Accent: Texniki Xüsusiyyətlər və Ehtiyat Hissələri

Digər növlər
Atıcılıq üzrə Federasiya Kuboku başa çatıb

Atıcılıq üzrə Federasiya Kuboku başa çatıb

Digər növlər
 Zabit Səmədov karyerasının son döyüşündən qalib ayrılıb  - FOTO

 Zabit Səmədov karyerasının son döyüşündən qalib ayrılıb - FOTO

Digər növlər
Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO

Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO

Digər növlər
Misirdə basketbol matçında tribuna çöküb, 27 nəfər xəsarət alıb - VİDEO

Misirdə basketbol matçında tribuna çöküb, 27 nəfər xəsarət alıb - VİDEO

Digər növlər
“Mingəçevir Reqatası” Avropa Kanoe Assosiasiyası təqvim planına salınıb

“Mingəçevir Reqatası” Avropa Kanoe Assosiasiyası təqvim planına salınıb

Digər növlər
Maks Ferstappen ikinci dəfə dünya çempionu olub

Maks Ferstappen ikinci dəfə dünya çempionu olub

Digər növlər
Azərbaycan dünya ölkələrinin qlobal idman reytinqində 43 pillə irəliləyib

Azərbaycan dünya ölkələrinin qlobal idman reytinqində 43 pillə irəliləyib