Premyer Liqa: “Arsenal” autsayderlə bacarmadı
İngiltərə Premyer Liqasında XXXI turun ilk oyunu keçirilib.
QELEBE.AZ xəbər verir ki, lider "Arsenal" səfərdə autsayder "Vulverhempton"la qarşılaşıb.
Gərgin keçən oyunda azarkeşlər 4 qola şahidlik ediblər. Görüşdə qalib müəyyənləşməyib. Matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, "Arsenal" 58 xalla turnir cədvəlinə başçılıq edir. Aktivində 10 xalı olan "Vulverhempton" isə sonuncu - 20-ci pillədə qərarlaşıb.

https://mail.qelebe.az//uploads/photo/premyer-liqa-arsenal-autsayderle-bacarmadi.webp