"Kəpəz"in bıçaqlanan azarkeşi əməliyyat olunub, şübhəli şəxs saxlanılıb

"Kəpəz"in bıçaqlanan azarkeşi əməliyyat olunub, şübhəli şəxs saxlanılıb

Azərbaycan Premyer Liqasının XX turunda "Səbail"lə oyundan sonra bıçaqlanan Rahib adlı "Kəpəz" azarkeşi 1 saylı Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub.

Gəncə klubundan "QELEBE.AZ"a verilən məlumata görə, hazırda onun həyatı üçün təhlükə yoxdur. Hadisəni törətməkdə şübhəli bilinən "Səbail" fanatı isə artıq saxlanılıb.

Xəstəxanada "Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiri, millət vəkili Müşfiq Cəfərov, idman direktoru Mehman Allahverdiyev, baş məşqçi Tərlan Əhmədov və çoxlu sayda azarkeş zərərçəkmişi tək buraxmayıblar.

21:02

Azərbaycan Premyer Liqasının XX turunda keçirilmiş "Səbail" - "Kəpəz" oyunundan sonra azarkeş bıçaqlanıb.

Gəncə klubundan "QELEBE.AZ"a verilən məlumata görə, hadisə final fitindən sonra matçın oynanıldığı "ASCO Arena"nın yaxınlığında baş verib.

Əvvəlcə iki komandanın fanatları arasında mübahisə düşüb. Tərəflər məsələyə aydınlıq gətirmək üçün stadiondan kənara çıxıblar. Bu zaman "Səbail"in tərəfdarlarından biri bıçaqla "Kəpəz" fanatına xəsartə yetirib.

Qarın boşluğundan xəsarət alan azarkeş dərhal 1 saylı Kliniki Tibbi Mərkəz çatdırılıb. Yaralının həyati təhlükəsinin olmadığı və durumunun kafi qiymətləndirildiyi bildirib.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, "Səbail" - "Kəpəz" matçı Bakı klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Futbol
Moldova - Azərbaycan oyununda ikinci hissə başlayıb

Moldova - Azərbaycan oyununda ikinci hissə başlayıb

Futbol
Ukrayna yığması İrəvanda Ermənistanı darmadağın edib

Ukrayna yığması İrəvanda Ermənistanı darmadağın edib

Futbol
Joze Alesio: "Çempionlar Liqasının startınadək boşluğu doldurmalıyıq"

Joze Alesio: "Çempionlar Liqasının startınadək boşluğu doldurmalıyıq"

Futbol
Renat Dadaşov İsveçrə çempionatında ayın futbolçusu seçilib

Renat Dadaşov İsveçrə çempionatında ayın futbolçusu seçilib

Futbol
A Seriyası: "Yuventus" "Bolonya"nı məğlub edib

A Seriyası: "Yuventus" "Bolonya"nı məğlub edib

Futbol
Emin Kürdov: "Yunanlarla görüşə maksimum dərəcədə yaxşı hazırlaşacağıq"

Emin Kürdov: "Yunanlarla görüşə maksimum dərəcədə yaxşı hazırlaşacağıq"

Futbol
Avropa Liqası: "Fənərbağça" və "Mançester Yunayted" Kipr klubları ilə üz-üzə gələcək

Avropa Liqası: "Fənərbağça" və "Mançester Yunayted" Kipr klubları ilə üz-üzə gələcək

Futbol
"Neftçi"nin zədəli futbolçusunun durumuna aydınlıq gəlib

"Neftçi"nin zədəli futbolçusunun durumuna aydınlıq gəlib

Futbol
"Napoli" PSJ və "Bavariya"nın rekordunu təkrarlayıb

"Napoli" PSJ və "Bavariya"nın rekordunu təkrarlayıb

Futbol
Kevin Medina: “Neftçi” ilə 10 dəfə də görüşsək, hamısında böyük hesabla qələbə qazanmaq istəyərəm” - MÜSAHİBƏ

Kevin Medina: “Neftçi” ilə 10 dəfə də görüşsək, hamısında böyük hesabla qələbə qazanmaq istəyərəm” - MÜSAHİBƏ

Futbol
"Bavariya" Çempionlar Liqasında yeni rekorda imza atıb

"Bavariya" Çempionlar Liqasında yeni rekorda imza atıb

Futbol
AFFA Premyer Liqanın 3 klubunu cərimələyib

AFFA Premyer Liqanın 3 klubunu cərimələyib