ÇL finalında geyindiyi formanı hərraca çıxardı
"Çelsi"nin sabiq futbolçusu Con Terri 2008-ci ildə Çempionlar Liqasının finalında geyindiyi formanı hərraca çıxarıb.
Apasport.az xəbər verir ki, bu barədə goal.com məlumat yayıb.
Sözügedən görüşdə "Çelsi" "Mançester Yunayted"lə qarşılaşıb. Oyunda "zadəganlar" "qırmızı şeytanlar"a penaltilər seriyasında uduzaraq 2-ci yeri tutublar.
45 yaşlı keçmiş müdafiəçi isə həmin formanı satmaq qərarına gəlib.
Qeyd edək ki, Con Terri 1998-2017-ci illərdə "Çelsi"nin formasını geyinib. O, 2003-2012-ci illərdə İngiltərə millisinin üzvü olub.

https://mail.qelebe.az//uploads/photo/chl-finalinda-geyindiyi-formani-herraca-chixardi.webp