Xəyal Canıyev: “MMA-da adımı tarixə yazmaq istəyirəm”

Xəyal Canıyev: “MMA-da adımı tarixə yazmaq istəyirəm”

"MMA-da da bayrağımızı yüksəltmək, adımı tarixə yazmaq istəyirəm".

“QELEBE.AZ”un məlumatına görə, bunu muay tay üzrə dünya və Avropa çempionu Xəyal Canıyev Bakıda təşkil edilən mətbuat konfransında deyib.

30 yaşlı idmançı fevralın 4-də Rusiyada keçiriləcək RCC Fairfight MMA-dakı ilk döyüşündə Çexiya təmsilçisi Tadeus Rujiçka ilə üz-üzə gələcək.

O, həmin görüşə hazır olduğunu söyləyib: "Həmişə yaxşı döyüşlərlə ölkəmizi sevindirməyə çalışmışıq. Bu uğurlarda bizə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm. Muay tayda əfsanələri məğlub etdik, işimizi bitirdik. Yekaterinburqda MMA-da Rujiçka ilə qarşılaşacağam. Döyüşə hazırlığı Bakıda davam etdirirəm".

Canıyev Azərbaycanın MMA-da yaxşı nəticələrinin olduğunu vurğulayıb: “Bir neçə idmançımız yaxşı nailiyyətlər əldə edirlər. Yaxın müddətdə uğurlarımız daha da artacaq. Mən də bura keçid etmişəm. Azərbaycanda həvəskar kikboksu yaxşı vəziyyətdə olub. Amma peşəkar kikboks başqa durumdadır, çox zəifdir. Hamımız birləşsək, bu problemi həll etmək olar. Kiməsə kömək olmağa həmişə hazırıq. İnanıram ki, Azərbaycandan da yaxşı idmançılar üzə çıxar. Əsas problem məktəblə bağlıdır. Öz qardaşım mənim müəllimimdir. Buna görə də müəllimlərin nə cür əziyyət çəkdiklərini bilirəm. Məncə, müəllimlərimiz təcrübə üçün başqa ölkələrə getsələr, daha yaxşı olar. Hər idman növünün öz vaxtı var. Demirəm ki, kikboksinq sönüb, ONE FC böyük səviyyədədir. MMA-da da indi güclü döyüşçülərimiz var. Bu növü seçməyimdə məqsədim orada bir nömrə olmaq, Azərbaycan bayrağını dalğalandırmaqdır".

Döyüşçü Rusiya vətəndaşı olsa da, daim Azərbaycan bayrağı ilə gəzdiyini bildirib: “Dörd yaşımdan Rusiyadayam. Son üç ayda tez-tez Vətənimə gəlirəm. Döyüşlərimdə də həmişə Azərbaycan bayrağı yanımda olub. Azərbaycan vətəndaşlığını almaq istəyərdim. Bu mənim üçün qürur olar. İndi Ukrayna ilə olan məsələlərə görə Rusiya vətəndaşlığından çıxmaq məsələsi çətin görünür. Ancaq qarşıdakı yarışlarda rəsmən Azərbaycanı təmsil etmək istərdim”.

O, MMA-da Həbib Nurməhəmmədovla döyüşmək istədiyini vurğulayıb: “O, ən çox sevdiyim döyüşçüdür. Həmçinin, Rafael Fiziyev də böyük idmançıdır. İnanmıram ki, yaxın müddətdə kimsə onun səviyyəsinə yüksəlsin. Tofiq Musayev də mənim sevdiyim idmançılardandır. 2-3 döyüş keçirdikdən, təcrübə topladıqdan sonra daha böyük idmançılarla qarşılaşacağam”.

Fərdi
Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib

Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib

Fərdi
Çingiz Hüseynzadə: "Pandemiyadan tam çıxmasaq da, 2022-ci il uğurlu alınıb"

Çingiz Hüseynzadə: "Pandemiyadan tam çıxmasaq da, 2022-ci il uğurlu alınıb"

Fərdi
Boks üzrə Azərbaycan birinciliyində 1/16 final mərhələsi başa çatıb

Boks üzrə Azərbaycan birinciliyində 1/16 final mərhələsi başa çatıb

Fərdi
Türkiyəli federasiya prezidenti: "Öz evimə gəlmişəm, Şuşada olmaqdan məmnunam"

Türkiyəli federasiya prezidenti: "Öz evimə gəlmişəm, Şuşada olmaqdan məmnunam"

Fərdi
Avropa çempionatında tarixi uğur: Azərbaycanın iki qadın şahmatçısı medal qazanıb

Avropa çempionatında tarixi uğur: Azərbaycanın iki qadın şahmatçısı medal qazanıb

Fərdi
Azərbaycan gimnastları Sofiyada qızıl medal qazanıb

Azərbaycan gimnastları Sofiyada qızıl medal qazanıb

Fərdi
Boks üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsi başa çatıb

Boks üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsi başa çatıb

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin reqlamenti açıqlanıb

"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin reqlamenti açıqlanıb

Fərdi
Azərbaycanın qadın güləşçisinin dünya çempionatında çiyni çıxıb

Azərbaycanın qadın güləşçisinin dünya çempionatında çiyni çıxıb

Fərdi
Azərbaycan güləşçiləri dünya birinciliyi və çempionatında 4 medal qazanıblar

Azərbaycan güləşçiləri dünya birinciliyi və çempionatında 4 medal qazanıblar

Fərdi
Dünya çempionatı: Bu gün Azərbaycanın daha üç cüdoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Bu gün Azərbaycanın daha üç cüdoçusu mübarizəyə başlayır

Fərdi
Azərbaycan ağırlıqqaldıranları Avropa çempionatını 9 medalla başa vurublar

Azərbaycan ağırlıqqaldıranları Avropa çempionatını 9 medalla başa vurublar