İslam Oyunları: Nigar Mirzəzadə yarımfinalda
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında güləş üzrə yarışlar davam edir.
QELEBE.AZ xəbər verir ki, 68 kq çəkidə yarışan Nigar Mirzəzadə 1/4 finalda indoneziyalı Desi Sinta ilə üz-üzə gəlib.
Təmsilçimiz rəqibini 12:7 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

https://mail.qelebe.az//uploads/photo/islam-oyunlari-nigar-mirzezade-yarimfinalda.webp