Ayxan Abbasov: “İnkişaf etmək üçün riskə getməliyik”

Ayxan Abbasov: “İnkişaf etmək üçün riskə getməliyik”

“İnkişaf etmək üçün riskə getməliyik”.

“Report”un məlumatına görə, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “Qarabağ”a 2:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIX tur oyunundan sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis maraqlı oyun alındığını bildirib: “Üçüncü dövrəyə xalla başlamaq istəyirdik. Doğma azarkeşlərimiz önündə çıxış edirdik. Məncə, maraqlı oyun oldu. Yəqin ki, azarkeşlər futboldan həzz ala bildilər. Son dəqiqələrdə yol verdiyimiz diqqətsizlik pis təsir elədi. Amma ümumilikdə futbolçularımdan razı qaldım. Bu tempi saxlamaq vacibdir. Qarşıda bizi çox çətin mübarizə gözləyir. “Qarabağ”a da Konfrans Liqasında uğurlar arzulayıram”.

Abbasov zədədən qayıdan Xulu Siyanda və Henri Okebuqvunun hazırkı durumuna aydınlıq gətirib: “Xulu Siyanda ikinci hissədə çıxış etdi. İki aya yaxın idi ki, oynamırdı. Antalyadakı yoxlama görüşlərində onu sınaqdan keçirmişdik, yaxşı təsir bağışlamışdı. Henri Okebuqvu zədədən sonra hələ tam formasında deyil. Qarşıdakı matçlarda ona da şans veriləcək”.

Baş məşqçi yeni transfer Denis Mandariç və Belaydi Pusi ilə bağlı ilkin təəssüratlarını da bölüşüb: “Denis Mandariç bizimlə birlikdə təlim-məşq toplanışında olmuşdu. Meydançada 90 dəqiqə mübarizə aparmaq çətindir. Çünki oyun praktikası azdır. Məncə, bu gün ən yaxşılardan idi. Belaydi Pusi bir həftədir bizə qoşulub. Bu gün ona görə meydana buraxdım ki, çempionatımızı hiss etsin. Komandada rəqabət olmasını istəyirik. Onlardan razı qaldım”.

Təcrübəli mütəxəssis hər üç topu başla buraxmalarını müdafiədəki diqqətsizliklə əlaqələndirib: “Qışa qədər ən yaxşı cəhətimiz o idi ki, standart vəziyyət zamanı diqqətli olurduq. Ancaq bu gün hər üç topu “ikinci mərtəbə”dən buraxdıq. Deməli, bu baxımdan işləməliyik. Bəzi futbolçularımız daha diqqətli olmalıdırlar. “Qarabağ”la oynayırsansa, müdafiədə boşluqlar olacaq. Unutmayaq ki, qarşımızdakı komanda da “Qarabağ” idi”.

Futbol
"Olimpiakos"un direktoru: "O, Azərbaycanda qəhrəman hesab edilir"

"Olimpiakos"un direktoru: "O, Azərbaycanda qəhrəman hesab edilir"

Futbol
Çempionlar Liqasının üçqat qalibi vəfat edib

Çempionlar Liqasının üçqat qalibi vəfat edib

Futbol
Hakim Ziyeş Mərakeş millisində xüsusi şərtlərlə oynayır

Hakim Ziyeş Mərakeş millisində xüsusi şərtlərlə oynayır

Futbol
PFL beynəlxalq yayım şirkəti ilə danışıqlara başlayıb

PFL beynəlxalq yayım şirkəti ilə danışıqlara başlayıb

Futbol
"Çelsi" daha bir futbolçunu transfer edib

"Çelsi" daha bir futbolçunu transfer edib

Futbol
"Qarabağ"ın sabiq futbolçusu karyerasını başa vurub

"Qarabağ"ın sabiq futbolçusu karyerasını başa vurub

Futbol
PSJ Messi ilə müqaviləni uzatmaq istəyir

PSJ Messi ilə müqaviləni uzatmaq istəyir

Futbol
Peşəkar Futbol Liqasının yeni loqosu bəlli olub

Peşəkar Futbol Liqasının yeni loqosu bəlli olub

Futbol
Premyer Liqa: "Şamaxı" "Turan Tovuz"u, "Neftçi" "Sumqayıt"ı qəbul edəcək

Premyer Liqa: "Şamaxı" "Turan Tovuz"u, "Neftçi" "Sumqayıt"ı qəbul edəcək

Futbol
DÇ-2022: Açılış oyununda Qətər məğlub olub

DÇ-2022: Açılış oyununda Qətər məğlub olub

Futbol
Ukrayna klubunun məşqçisi Belarusda həbs edilib

Ukrayna klubunun məşqçisi Belarusda həbs edilib

Futbol
"Zirə"də əvəzedici komandaya göndərilən futbolçular əfv olunub

"Zirə"də əvəzedici komandaya göndərilən futbolçular əfv olunub