ATF-dən erməni əsilli tennisçinin növbəti təxribatına münasibət: "Xaçanov cəzalanmalıdır"

ATF-dən erməni əsilli tennisçinin növbəti təxribatına münasibət: "Xaçanov cəzalanmalıdır"

Tennis üzrə "Avstraliya Açıq" turnirində Azərbaycana qarşı növbəti təxribata yol verilib.

"QELEBE.AZ"un məlumatına görə, yarışda Ermənistanla yanaşı Qarabağdakı separatçı rejiminin bayrağı açılıb.

Bir qrup erməninin məqsədli şəkildə etdiyi təxribatçı əməl turnirdə Rusiyanı təmsil edən erməni əsilli tennisçi Karen Xaçanovun təşəbbüsü ilə yaponiyalı Yesexito Nisioka ilə görüş zamanı törədilib.

Həmçinin Xaçanov oyundan sonra yenidən kameranın obyektivinə "Sona qədər inanmağa davam edin. Artsax, möhkəm ol" yazıb. Bundan sonra Azərbaycan Tennis Federasiyası (ATF) Rusiya Tennis Federasiyasına etiraz məktubu ünvanlayıb.

ATF-nin icraçı direktoru Səbirə Abdullayeva "QELEBE.AZ"a açıqlamasında qurumun məsələyə ciddi yanaşdığını bildirib: "Beynəlxalq Tennis Federasiyasına və Rusiya Tennis Federasiyasına idmançının yolverilməz hərəkəti ilə bağlı etiraz məktubu göndərilib. Ümid edirik ki, Xaçanovun belə hərəkətlərinin qarşısı alınacaq və növbəti yarışlarda bu cür hal yaşanmayacaq. Beynəlxalq federasiya və təşkilatçılar gələcəkdə mötəbər turnirlərdə belə halların təkrarlanmaması üçün tədbirlər görəcək. Ümid edirik ki, məsələ obyektiv olaraq öz həllini tapacaq. Düşünürük ki, tennisçinin bu cür münasibəti ölkəmizə qarşı böyük təxribatdır. Biz həmin oyunçu barəsində müəyyən cərimələr, sanksiyalar və onun turnirdən kənarlaşdırılmasını tələb etdik. O, etdiyi hərəkətə görə mütləq cəzalanmalıdır. Öz niyyətimizə, məqsədimizə çatmadan dayanmayacağıq. Onun bu hərəkəti tennisin nüfuzuna da xələl gətirir".

Xatırladaq ki, Xaçanov yanvarın 20-də ABŞ tennisçisi Frensis Tiafonunu məğlub etdiyi görüşdən sonra da qələbə sevinci adı ilə kameraya ürək sözlərini yazıb. O, obyektivin üzərinə "Artsax möhkəm ol" sözlərini qeyd edib. Azərbaycan Tennis Federasiyası həmin hadisədən sonra da Beynəlxalq Tennis Federasiyasına və Rusiya Federasiyasına etiraz məktubu ünvanlayıb.

Fərdi
Dünya çempionatı: Azərbaycanın şahmat millisi üçün uğursuz gün

Dünya çempionatı: Azərbaycanın şahmat millisi üçün uğursuz gün

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Fərdi
Bakıdakı Dünya Kuboku İddiaçılar Turnirinə 3 vəsiqə verəcək

Bakıdakı Dünya Kuboku İddiaçılar Turnirinə 3 vəsiqə verəcək

Fərdi
"Shusha Chess 2022": Teymur Rəcəbov Şəhriyar Məmmədyarovla qarşılaşacaq

"Shusha Chess 2022": Teymur Rəcəbov Şəhriyar Məmmədyarovla qarşılaşacaq

Fərdi
Şevçenko Ukrayna Milli Olimpiya Komitəsindən istefa verib

Şevçenko Ukrayna Milli Olimpiya Komitəsindən istefa verib

Fərdi
Dünya çempionatı: Azərbaycan paracüdoçuları 3-cü medalı qazanıb

Dünya çempionatı: Azərbaycan paracüdoçuları 3-cü medalı qazanıb

Fərdi
Şəkidəki ilk idman festivalından - Reportaj

Şəkidəki ilk idman festivalından - Reportaj

Fərdi
Azərbaycan yığmasının baş məşqçisi Göygöl toplanışını dəyərləndirib

Azərbaycan yığmasının baş məşqçisi Göygöl toplanışını dəyərləndirib

Fərdi
Azərbaycan təmsilçisi dağ xizəyi üzrə yarışlarda birinci yeri tutub

Azərbaycan təmsilçisi dağ xizəyi üzrə yarışlarda birinci yeri tutub

Fərdi
Güləş üzrə dünya çempionatı Azərbaycana verilməyib

Güləş üzrə dünya çempionatı Azərbaycana verilməyib

Fərdi
Dünya çempionatı: Rafiq Hüseynov uduzub, 3 güləşçi yarımfinala yüksəlib

Dünya çempionatı: Rafiq Hüseynov uduzub, 3 güləşçi yarımfinala yüksəlib

Fərdi
Azərbaycan şahmatçısı Rusiyaya turnirə yollanıb

Azərbaycan şahmatçısı Rusiyaya turnirə yollanıb