Tağıyev oynadı, komandası məğlub oldu

Tağıyev oynadı, komandası məğlub oldu

Kosova çempionatının növbəti turunun oyunları keçirilib.

QELEBE.AZ xəbər verir ki, azərbaycanlı futbolçu Elmir Tağıyevin formasına geyindiyi “Drenitsa” doğma meydanda lider “Priştina”nı qəbul edib.

Görüş qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb. Tağıyev görüşə start heyətdə başlayıb.

Xatırladaq ki, “Drenitsa” 11 xalla 5-ci sırada qərarlaşıb.