"Sumqayıt" "Quba" ilə bacarmadı
Azərbaycan Basketbol Liqasının III turunda daha bir görüş baş tutub.
QELEBE.AZ xəbər verir ki, B qrupunda "Sumqayıt" "Quba" ilə üz-üzə gəlib.
Bakı İdman Sarayında təşkil olunan görüş qubalıların 98:88 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turun daha əvvəl keçirilən matçlarında "Naxçıvan" "Lənkəran"ı (91:82), "Ordu" "Sərhədçi"ni (85:73), "Sabah" isə "Şəki"ni (85:66) üstələyib.

https://mail.qelebe.az//uploads/photo/quotsumqayitquot-quotqubaquot-ile-bacarmadi.webp