Mingəçevir Reqatası Avropa Kanoe Assosiasiyasının təqvim planına salınıb

Mingəçevir Reqatası Avropa Kanoe Assosiasiyasının təqvim planına salınıb

Avropa Kanoe Assosiasiyası (ECA) oktyabrın 21-də start götürəcək Beynəlxalq Mingəçevir Reqatasını özünün təqvim planına salıb.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, üç gün davam edəcək turnir ECA-nın rəsmi saytında da yerləşdirilib.

Yeniyetmə və gənclər arasında təşkil olunacaq reqatada avarçəkmənin müxtəlif növləri üzrə idmançılar yarışacaqlar.

Eyni zamanda, ECA-nın saytında gedən xəbərdə AKAF prezidenti Vüqar Əhmədovun dəvət məktubu və yarışın Əsasnaməsi əksini tapıb.

Dəvət məktubunda bütün xərclərin yerli Təşkilat Komitəsi tərəfindən çəkiləcəyi bildirilib. Bura 4 idmançı və 1 məşqçinin təyyarə biletləri, hava limanından götürülmə və qaytarılma, qidalanma və məskunlaşma, o cümlədən, akkreditasiya xərcləri daxildir. Həmçinin, qonaq komandalar qayıqlarla pulsuz təmin olunacaqlar.

Komandalar sentyabrın 20-dək iştiraklarını təsdiqləməli və oktyabrın 20-dək Azərbaycana gəlməlidirlər.

Qeyd edək ki, keçmiş SSRİ dönəmində təşkil olunan Mingəçevir Reqatasında nəinki Sovetlər Birliyi, eləcə də Avropanın bir çox ölkələrindən olan idmançılar iştirak edib və bu yarış ümumittifaq kateqoriyalı reqatalar içərisində önəmli yer tutub.

Fərdi
Olimpiya çempionu “Vugar Gashimov Memorial-2022”də iştirak etmək üçün Bakıya gəlib

Olimpiya çempionu “Vugar Gashimov Memorial-2022”də iştirak etmək üçün Bakıya gəlib

Fərdi
Azərbaycanın iki şahmatçısı Avropa çempionatında medal qazanıb

Azərbaycanın iki şahmatçısı Avropa çempionatında medal qazanıb

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin bütün iştirakçıları bəlli olub

"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin bütün iştirakçıları bəlli olub

Fərdi
“Vüqar Həşimov Memorialı-2022”: Rapid yarışlarına yekun vurulub

“Vüqar Həşimov Memorialı-2022”: Rapid yarışlarına yekun vurulub

Fərdi
"Shusha Chess 2022"nin iştirakçıları Cıdır düzündə olublar

"Shusha Chess 2022"nin iştirakçıları Cıdır düzündə olublar

Fərdi
ACF-in vitse-prezidenti: "Artıq yarışlara qalib ölkə kimi gedirik"

ACF-in vitse-prezidenti: "Artıq yarışlara qalib ölkə kimi gedirik"

Fərdi
Tomas Bax: "Rusiya və Belarusa qarşı sanksiyalar davam etməlidir"

Tomas Bax: "Rusiya və Belarusa qarşı sanksiyalar davam etməlidir"

Fərdi
Rafael Nadal burnunu sındırıb

Rafael Nadal burnunu sındırıb

Fərdi
İJF Rusiya və Belarus cüdoçuları ilə bağlı qərarını açıqlayıb

İJF Rusiya və Belarus cüdoçuları ilə bağlı qərarını açıqlayıb

Fərdi
Azərbaycanda cüdonun yaranmasının 50 illiyinə həsr olunan marka dövriyyəyə buraxılıb

Azərbaycanda cüdonun yaranmasının 50 illiyinə həsr olunan marka dövriyyəyə buraxılıb

Fərdi
Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb

Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb

Fərdi
Mahir Məmmədov:  "Shusha Chess 2022" turnirinin səviyyəsi çox yüksəkdir"

Mahir Məmmədov: "Shusha Chess 2022" turnirinin səviyyəsi çox yüksəkdir"