Aslan Kərimov: Ukrayna ilə matç Fransa ilə oyundan daha çətin olacaq

Aslan Kərimov: Ukrayna ilə matç Fransa ilə oyundan daha çətin olacaq

"Fransaya qalib gələ bilməyəcəyimiz hər kəsə məlum idi".

Bu sözləri “Apasport”a açıqlamasında Aslan Kərimov deyib.

O, yığma komandamızın DÇ-2026-nın seçmə mərhələsində Fransaya (3:0) qarşı oyununu şərh edib: “İndiki vəziyyətə görə çox yaxşı mübarizə apardıq. Rəqiblə müqayisədə oyunçularımızın keyfiyyətində çatışmazlıq vardı. Fərq görünürdü. Amma mübarizliyin, nizam-intizamın hesabına rəqibin hücumlarının öhdəsindən gəlirdik”.

Aslan Kərimov bu gün Ukraynaya qarşı keçiriləcək matçdan gözləntilərini də açıqlayıb: “Ukrayna millisi heyət olaraq heç də Fransadan geri qalmır. Futbolçuları dünyanın ən yaxşı çempionatlarında iştirak edirlər. Bakıdakı oyun da göstərdi ki, Ukrayna daha dominantdır. İndi isə Fransa ilə oyundan sonra bərpa olunub oynaya biləcəyikmi bu mənim üçün böyük bir sual işarəsidir. Bu baxımdan işimiz çətin olacaq. Ona görə Ukrayna ilə matç Fransa ilə oyundan daha çətin olacaq. Amma xalla dönməmiz oyun gedişatından asılıdır”.

Təcrübəli mütəxəssis Ayxan Abbasovun baş məşqçi kimi idarə etdiyi oyunları belə dəyərləndirib: “Ayxan Abbasovun etdiklərini görmək üçün futbol mütəxəssisi olmağa ehtiyac yoxdur. Abbasovun qısa müddət ərzində oyun baxımdan dəyişəcəyi çox şey yoxdur. O, oyunçuları inandıraraq, öz arxasınca apararaq böyük iş gördü. Meydanda futbolçuların ona inamı tamdır. Bu dəqiqə "komandada mən niyə kənarda qalmışam, niyə millidə deyiləm deyəcək" oyunçu yoxdur. Millidə 20-22 eqoist futbolçunu idarə etmək klubdakı oyunçuları idarə etməkdən çox fərqlidir. Hesab edirəm ki, Abbasov qısa müddətdə bunun öhdəsindən gələ bilib".

Futbol
Milan Obradoviç adının "Neftçi" ilə hallanmasına münasibət bildirib

Milan Obradoviç adının "Neftçi" ilə hallanmasına münasibət bildirib

Futbol
Millətlər Liqası: Azərbaycan yığmasının 4 futbolçusu rəmzi komandaya düşüb

Millətlər Liqası: Azərbaycan yığmasının 4 futbolçusu rəmzi komandaya düşüb

Futbol
Azərbaycan - Qazaxıstan oyununu almaniyalı hakimlər idarə edəcək

Azərbaycan - Qazaxıstan oyununu almaniyalı hakimlər idarə edəcək

Futbol
Avropa Liqası: "Qarabağ"ın növbəti rəqibi uduzub

Avropa Liqası: "Qarabağ"ın növbəti rəqibi uduzub

Futbol
"Atletik"in futbolçusu ardıcıl 246 oyuna çıxmaqla 28 illik rekordu yeniləyib

"Atletik"in futbolçusu ardıcıl 246 oyuna çıxmaqla 28 illik rekordu yeniləyib

Futbol
UEFA prezidenti II Elizabetin ölümündən kədərləndiyini bildirib

UEFA prezidenti II Elizabetin ölümündən kədərləndiyini bildirib

Futbol
Azərbaycan Premyer Liqası: “Sabah” “Şamaxı” ilə oyunda xal itirib

Azərbaycan Premyer Liqası: “Sabah” “Şamaxı” ilə oyunda xal itirib

Futbol
"Şamaxı"nın əsas hücumçusu zədələnib

"Şamaxı"nın əsas hücumçusu zədələnib

Futbol
Messi ÇL-də 39-cu komandaya qol vuraraq, turnir rekorduna imza atıb

Messi ÇL-də 39-cu komandaya qol vuraraq, turnir rekorduna imza atıb

Futbol
"Mançester Yunayted" Braziliya millisinin hücumçusunu transfer edib

"Mançester Yunayted" Braziliya millisinin hücumçusunu transfer edib

Futbol
"Neftçi"nin aparıcı futbolçusu zədələnib

"Neftçi"nin aparıcı futbolçusu zədələnib

Futbol
Joze Mourinyo Portuqaliya millisinin təklifini rədd edib

Joze Mourinyo Portuqaliya millisinin təklifini rədd edib