PFL rəsmisi Avropa Liqasının oyununa təyinat alıb
Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.
Apasport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, o, Avropa Liqasının əsas mərhələsində keçiriləcək FCSB (Rumıniya) - "Bolonya" (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma oktyabrın 23-də baş tutacaq.

https://mail.qelebe.az//uploads/photo/pfl-resmisi-avropa-liqasinin-oyununa-teyinat-alib.webp