III MDB Oyunları: Azərbaycan millisi bürünc medal qazanıb
III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında qılıncoynatma üzrə yarışlar davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycanın qızlardan ibarət şpaqa üzrə milli komandası Özbəkistana 37:45 hesablı ilə uduzub.
Beləliklə, Mirnuray Abasova, Aynur Quliyeva, Nəzrin Mehdiyeva və Xədicə Həsənlidən ibarət Azərbaycan komandası bürünc medal qazanıb.

https://mail.qelebe.az//uploads/photo/iii-mdb-oyunlari-azerbaycan-millisi-burunc-medal-qazanib.webp