Qurban Qurbanov: "Komandanın tam hazır olmadığı göründü"

Qurban Qurbanov: "Komandanın tam hazır olmadığı göründü"

"Yaxşı oyun oldu. Komandanın tam hazır olmadığı göründü".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin Antalya şəhərində Polşa "Poqon"una 2:4 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Matça dinamik başladıqlarını söyləyən 51 yaşlı mütəxəssis sonradan tempin aşağı düşdüyünü etiraf edib: "Qarşımızda da çox möhkəm komanda var idi. Məncə, bu matçın qarşıdakı işimizə böyük faydası olacaq. Futbolçularımızın əvvəlki idman formalarını geri qaytarmalıyıq. Toplanışda yaxşı yoruldular. Əslində bunu da istəyirdik. Bu oyunda çatışmayan cəhətlərimizi tam gördük. Çempionata kimi bir həftə vaxtımız var. İstədiyimiz oyunu göstərmək üçün vaxt lazım olacaq".

O bildirib ki, ötən illə müqayisədə bu dəfə topanışda fərqli rəqiblər seçildi: "Belə oyunların xeyiri hər zaman çox olur. Toplanış vaxtı bir komandanın hazırlığının digərindən üstün olması böyük fərq edir. Sonda bizə sürəti daha da artırmaq lazım idi. Görünür, uşaqlar yorulublar, top itkiləri çox oldu".

Qurbanovun sözlərinə görə, hər komandada müəyyən müddət ciddi sıxıntılar olur: "Həmin dönəmdə ayaqda qalmağı bacarmaq lazımdır. Sanki bizdə o vəziyyətdir. Düşünmədiyimiz zədələr, gedişlər oldu. Bəzi problemlər var. Bu dönəmdə çatışmazlıqları aradan qaldırmaq üçün düzgün, ağıllı addımlar atmalıyıq".

Təcrübəli baş məşqçi əvəzedici heyətə göndərdiyi Qaspar Panaderonun durumuna da toxunub: "Bizimlə müqaviləsi var. Üzərimizə düşəni etməliyik. Amma Panadero əsas komandada olmayacaq. Bunu özünə də bildirmişik. Nə vaxt hansısa komanda istəsə, təmənnasız göndərməyə hazırıq. İndiki halda isə müqaviləyə əməl etməliyik".

Futbol
"Qarabağ" "Olimpiakos"la oyunda itki ilə üzləşib

"Qarabağ" "Olimpiakos"la oyunda itki ilə üzləşib

Futbol
PFL "Bir əsgərin "Turan" arzusu"na anlamlı reaksiya verib

PFL "Bir əsgərin "Turan" arzusu"na anlamlı reaksiya verib

Futbol
Çempionlar Liqası: Həftənin oyunçusu adına namizədlər açıqlanıb

Çempionlar Liqası: Həftənin oyunçusu adına namizədlər açıqlanıb

Futbol
DÇ-2022: Xorvatiya - Belçika oyunu başlayıb

DÇ-2022: Xorvatiya - Belçika oyunu başlayıb

Futbol
Azərbaycan millisində oynamış futbolçu FNL prezidentliyinə namizədliyini verib

Azərbaycan millisində oynamış futbolçu FNL prezidentliyinə namizədliyini verib

Futbol
"Sivasspor"dan qələbə, "Başakşehir" "Fiorentina"nı darmadağın edib

"Sivasspor"dan qələbə, "Başakşehir" "Fiorentina"nı darmadağın edib

Futbol
"Sabah"ın baş məşqçisi: "Oyunda mübahisəli anlar var idi"

"Sabah"ın baş məşqçisi: "Oyunda mübahisəli anlar var idi"

Futbol
"Qarabağ", "Sabah" və "Neftçi"nin legionerləri yoldaşlıq görüşlərində meydana çıxıblar

"Qarabağ", "Sabah" və "Neftçi"nin legionerləri yoldaşlıq görüşlərində meydana çıxıblar

Futbol
“Səbail”in futbolçusu: “Braziliya – Argentina finalını izləmək istəyirəm”

“Səbail”in futbolçusu: “Braziliya – Argentina finalını izləmək istəyirəm”

Futbol
"Neftçi" təlim-məşq toplanışına itkilərlə başlayıb

"Neftçi" təlim-məşq toplanışına itkilərlə başlayıb

Futbol
Samuel Eto əlcəzairli yutuberin sifətinə təpiklə zərbə vurub

Samuel Eto əlcəzairli yutuberin sifətinə təpiklə zərbə vurub

Futbol
Azərbaycan millisi Qazaxıstanla oyunda hesabı açıb

Azərbaycan millisi Qazaxıstanla oyunda hesabı açıb