Azərbaycan və Özbəkistan birgə U-20-lərin dünya çempionatına ev sahibliyi edəcək

Azərbaycan və Özbəkistan birgə U-20-lərin dünya çempionatına ev sahibliyi edəcək

Oktyabrın 2-də FIFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

AFFA-dan APA-ya verilən xəbərə görə, İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Özbəkistan 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcəklər.

Qeyd edilib ki, bu tarixi nailiyyət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin uğurlu idman siyasətinin, o cümlədən ölkələrimizdə futbolun inkişafına göstərdikləri diqqətin nəticəsidir.

"Yüksək inam və etimada görə FIFA İcraiyyə Komitəsinin üzvlərinə, xüsusən də, qurumun prezidenti cənab Canni İnfantinoya minnətdarlığımızı bildiririk", - məlumatda vurğulanıb.

Qeyd edək ki, 1977-ci ildən etibarən iki ildən bir təşkil edilən U-20-lərin dünya çempionatının 25-cisinə Azərbaycan və Özbəkistan ev sahibliyi edəcəklər. Bununla futbol tarixində ilk dəfə kişilərin yarışında mundial Azərbaycanda keçiriləcək. Həmçinin ilk dəfə Azərbaycanın kişilərdən ibarət milli komandası dünya çempionatının final mərhələsində iştirak edəcək.

İndiyə qədər Argentina 6, Braziliya 5 dəfə dünya çempionu olub. Portuqaliya və Serbiya hərəyə 2 dəfə mundialın qalibi olublarsa, Uruqvay, Qana, İspaniya, Rusiya, Almaniya, İngiltərə, Fransa və Ukrayna hərəyə 1 dəfə kuboku qazanıblar.

Avropanın nəhəng klubları kifayət qədər böyük nüfuza malik olan U-20-lərin dünya çempionatlarından saysız-hesabsız istedadlı futbolçular kəşf ediblər. Hazırda Çilidə keçirilən 24-cü dünya çempionatında 24 komanda 6 qrupda mübarizə aparır. 2023-cü ildə Argentinada təşkil olunan son turnirin qalibi isə Uruqvay yığması olub.

Futbol
Avropa Liqası: Həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Avropa Liqası: Həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Futbol
Rusiya çempionatının bombardiri: "Nə vaxtsa Azərbaycanda oynamaqla bağlı təklif alsaydım, bunu düşünmək olardı"

Rusiya çempionatının bombardiri: "Nə vaxtsa Azərbaycanda oynamaqla bağlı təklif alsaydım, bunu düşünmək olardı"

Futbol
Ukraynalı futbol hakimi əsirlikdən azad edilib

Ukraynalı futbol hakimi əsirlikdən azad edilib

Futbol
"Sabah"ın baş məşqçisi: "Gəncədən xalla qayıtmaq çox önəmli idi"

"Sabah"ın baş məşqçisi: "Gəncədən xalla qayıtmaq çox önəmli idi"

Futbol
Çempionlar Liqası: "İnter" "Viktoriya"ya, "Sportinq" "Tottenhem"ə qalib gəlib

Çempionlar Liqası: "İnter" "Viktoriya"ya, "Sportinq" "Tottenhem"ə qalib gəlib

Futbol
Türkiyədə 10 klubun 3 xalı silinib

Türkiyədə 10 klubun 3 xalı silinib

Futbol
"Qarabağ"ın müdafiəçisi zədələnib

"Qarabağ"ın müdafiəçisi zədələnib

Futbol
"Neftçi" hücumçusu ilə yollarını ayırıb

"Neftçi" hücumçusu ilə yollarını ayırıb

Futbol
DÇ-2022: Argentina və Polşa 1/8 finala yüksəlib

DÇ-2022: Argentina və Polşa 1/8 finala yüksəlib

Futbol
Avropa Liqası: “Qarabağ” səfərdə Bundesliqanın lideri ilə oynayacaq

Avropa Liqası: “Qarabağ” səfərdə Bundesliqanın lideri ilə oynayacaq

Futbol
"Neftçi"nin legioneri: "Kuboku qazanmaq üçün əla şansımız var"

"Neftçi"nin legioneri: "Kuboku qazanmaq üçün əla şansımız var"

Futbol
DÇ-2022: Seneqal Qətəri məğlub edib

DÇ-2022: Seneqal Qətəri məğlub edib