Olimpiya çempionu: "Ulu öndər bütün idman növləri ilə xırdalıqlarına qədər maraqlanırdı"

Olimpiya çempionu: "Ulu öndər bütün idman növləri ilə xırdalıqlarına qədər maraqlanırdı"

"Heydər Əliyev bütün idman növləri ilə xırdalıqlarına qədər maraqlanırdı".

Bunu "QELEBE.AZ"a açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Zemfira Meftəhəddinova Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini danışarkən deyib.

Sidney-2000 Yay Olimpiya Oyunlarının stend atıcılığı üzrə qızıl medalçısı bildirib ki, dahi şəxsiyyətlə ilk belə görüş 1995-ci il martın 5-nə təsadüf edib: "Çox böyük tədbir idi. Həmin vaxt müxtəlif mükafatlar təqdim olunmuş, idmançılar təltif edilmişdilər. Mənimlə yanaşı, bir qrup idmançıya tərəqqi medalı verilmişdi. Bu cür dahi şəxsiyyətlə görüşmək, onun əlindən mükafat almaq tək idmançı yox, hər kəs üçün fəxrdir. Bu, biz idmançılara daha ciddi uğurlar qazanmaq üçün stimul verirdi. Görüş vaxtı uzun söhbət alınmadı. Çünki idmançılar çox idi. Məni təbrik etdi, uğurlar arzuladı. İdmançılar haqqında xoş sözlər işlətdi. Fəxr edirəm ki, ulu öndərlə görüşdüm".

Meftəhəddinovanın sözlərinə görə, Ümummilli Liderlə növbəti görüş 2000-ci ildə olub: "Sidney olimpiadasından əvvəl və sonra da bizi qəbul edib mükafatlandırdı. Həmin Oyunlarda Azərbaycan ilk dəfə stend atıcılığında təmsil olunurdu. Yolasalma mərasimində Heydər Əliyev dedi ki, bizim ilk məqsədimiz orada iştirak etməkdir. Qismət oldu, qızıl medal qazandım və uzaq Avstraliyada himnimiz səsləndi. Oktyabrın 18-də Umummilli lider idmançılarla görüş keçirdi, mənə də şöhrət ordeni verdi".

MOK rəsmisi Heydər Əliyevin hər sahə ilə olduğu kimi, idmanla da yaxından maraqlandığını vurğulayıb: "Həndbol üzrə olimpiya çempionu Lyudmila Şubina deyir ki, Ümummilli Lider "Montreal-1976"da onların iştirakı ilə keçirilmiş bütün oyunları izləyirdi. Olimpiadadan sonra idmançıları qəbul edib. Orada bütün oyunlara aid sual verib, hətta vurulan qollarla maraqlanıb".

Olimpiya çempionu Heydər Əliyevin onun yaddaşında dahi şəxsiyyət kimi qaldığını söyləyib: "Bütün dünyada onu tanıyırlar, kifayət qədər hörməti var. Mənim üçün çox böyük insan idi. 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdandan sonra ölkəmiz inkişaf etməyə, çiçəklənməyə başladı. İdman da inkişaf yoluna qədəm qoydu. Ona görə də yaddaşımda əsl ölkə rəhbəri, dahi lider kimi qalıb. O, bizim Ümummilli Liderimizdir".

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il ulu öndərin anadan olmasının 100 illiyi əlaqədar olaraq "Heydər Əliyev İli" elan edilib.

Fərdi
Azərbaycan cüdoçuları İtaliyada 6 medal qazanıb

Azərbaycan cüdoçuları İtaliyada 6 medal qazanıb

Fərdi
Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinala vəsiqə qazanıb

Fərdi
17 yaşlı idmançı UFC tarixinin ən gənc döyüşçüsü olub

17 yaşlı idmançı UFC tarixinin ən gənc döyüşçüsü olub

Fərdi
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala yüksəlməklə medalı təmin edib

Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala yüksəlməklə medalı təmin edib

Fərdi
Azərbaycan güləşçisi erməni güləşçiyə qalib gələrək dünya 3-cüsü olub

Azərbaycan güləşçisi erməni güləşçiyə qalib gələrək dünya 3-cüsü olub

Fərdi
İlqar Rəhimov: "Bakıdakı dünya çempionatı öncəsi ciddi tibbi təsnifat olacaq"

İlqar Rəhimov: "Bakıdakı dünya çempionatı öncəsi ciddi tibbi təsnifat olacaq"

Fərdi
Nazir nüfuzlu yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Nazir nüfuzlu yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Fərdi
Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub, mundialın iştirakçıları bəlli olub

Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub, mundialın iştirakçıları bəlli olub

Fərdi
Mehriban Əliyeva Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib

Mehriban Əliyeva Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib

Fərdi
Dünya çempionatı: Bu gün Azərbaycanın üç qadın güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Bu gün Azərbaycanın üç qadın güləşçisi mübarizəyə başlayır

Fərdi
Azərbaycan güləşçisi Dünya Kubokunda zədələnib

Azərbaycan güləşçisi Dünya Kubokunda zədələnib

Fərdi
Azərbaycan ağırlıqqaldıranları xatirə turnirini 6 medalla başa vurublar

Azərbaycan ağırlıqqaldıranları xatirə turnirini 6 medalla başa vurublar