Qurban Qurbanov: Çempionlar Liqasında uğurlarımız məsuliyyəti daha da artırır

Qurban Qurbanov: Çempionlar Liqasında uğurlarımız məsuliyyəti daha da artırır

Stabillik olmasa idi, nə "Qarabağ", nə də Qurban Qurbanov olacaqdı.

APA xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “Qarabağ" futbol klubun baş məşqçisi Qurban Qurbanov deyib.

“Bu gün Çempionlar Liqasında Azərbaycanın uğurundan danışılırsa, məsuliyyət daha da artır. Həmişə azərbaycanlı olaraq düşünmüşəm ki, biz ölkəmizi tanıdırıq və bu mənim borcumdur. Vətən müharibəsində torpaqlarımızın azad olunması üçün şəhidlər verdik. Bizim etdiyimiz isə xırda bir uğurdur. Bunu da öz futbolçularıma həmişə bildirirəm. Azərbaycanın tanınması üçün stabillik lazımdır, həmçinin futbolda. Gələcəkdə daha da yaxşı uğurlar qazanmaq üçün çalışırıq”, - Qurban Qurbanov qeyd edib.

Onun sözlərinə görə, yaxşı məşqçi olmaq üçün futbolçu olmaq, uğurlu olmaq üçün isə çox çalışmaq lazımdır: "Bəzən futbolçu olduğum vaxtda özüm də məşqçiyə etiraz etmişəm. Amma peşəkar futbol oynamağa başlayanda futbolçu psixologiyasını öyrənməyə başladım. Uğurlu olmaq üçün həmişə çox çalışmağı üstün tutmuşam. İndi də bunu futbolçularıma aşılayıram. Bəzən onların bundan xoşu gəlmir. Öz futbolçu olduğum illər yadıma düşür və çalışıram onları anlayaraq çox çalışmağı onlara aşılayım. "Qarabağ"ın qalibiyyəti həm də xalqı sevindirir. 2009-cu ildə “Avqoliqa”da qələbə qazandığımız gün Ağdamın işğalı gününə təsadüf etmişdi. Həmin gün qalib olmağımız bizi çox sevindirdi. O çempionluq bizim üçün çox keyfiyyətli idi”.

Futbol
"Neftçi"nin aparıcı futbolçusu zədələnib

"Neftçi"nin aparıcı futbolçusu zədələnib

Futbol
Anatoli Banişevskinin xatirəsi yad olunub

Anatoli Banişevskinin xatirəsi yad olunub

Futbol
DÇ-2022: Qətər - Seneqal oyunu başlayıb

DÇ-2022: Qətər - Seneqal oyunu başlayıb

Futbol
Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə yarımfinal oyunları baş tutacaq

Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə yarımfinal oyunları baş tutacaq

Futbol
“Barselona” “Real Madrid”i məğlub edərək İspaniya Superkubokunun qalibi olub

“Barselona” “Real Madrid”i məğlub edərək İspaniya Superkubokunun qalibi olub

Futbol
Azərbaycan millisinin futbolçusu: “Hədəfim PSJ-də oynamaqdır”

Azərbaycan millisinin futbolçusu: “Hədəfim PSJ-də oynamaqdır”

Futbol
Kriştianu Ronaldu Avropa klublarına lazım deyil

Kriştianu Ronaldu Avropa klublarına lazım deyil

Futbol
FİFA prezidenti Ukraynada atəşkəsə çağırış edib

FİFA prezidenti Ukraynada atəşkəsə çağırış edib

Futbol
"Qəbələ" - "Sabah" oyununda insident baş verib

"Qəbələ" - "Sabah" oyununda insident baş verib

Futbol
Maksim Medvedev: “Hakimin bir az bizə qarşı antipatiyası var idi”

Maksim Medvedev: “Hakimin bir az bizə qarşı antipatiyası var idi”

Futbol
"Qarabağ"ın rəqibi qapıçısı ilə müqaviləni uzadıb

"Qarabağ"ın rəqibi qapıçısı ilə müqaviləni uzadıb

Futbol
"Neftçi"də zədəli futbolçuların son durumu açıqlanıb

"Neftçi"də zədəli futbolçuların son durumu açıqlanıb