Tiaqo “Barselona”ya qayıdır

Tiaqo “Barselona”ya qayıdır

Tiaqo Alkantara yenidən "Barselona"ya qayıdacaq.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Onun sözlərinə görə, braziliyalı Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flikin məşqçilərin korpusunda çalışacaq.

Alkantaranın gələn həftə klubun düşərgəsinə qoşulacağı gözlənilir. 

Qeyd edək ki, Alkantara 2004-13-cü illərdə "Barselona"da çıxış edib.