FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş cüdo çempionatına yekun vurulub

FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş cüdo çempionatına yekun vurulub

28-29 avqust tarixlərində Fövqəladə Hallar Nazirliyinin qurumları arasında idmanın cüdo növü üzrə FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionat keçirilib.

Nazirliyin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, idman-sağlamlıq klubunun arenasında keçirilən çempionatda FHN-in Aparatı və qurumlarını təmsil edən 9 komandadan 60-a yaxın əməkdaş iştirak edib.

İki gün gərgin mübarizə şəraitində keçən yarışlardan sonra qaliblər müəyyən olunub.

Çempionatın bağlanış mərasimində, əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra çıxış edən İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev Nazirliyin qurumları arasında cüdo yarışının ilk dəfə olaraq keçirilməsi və əməkdaşların əzmkar şəkildə iştirak etməsinin qürürverici hal olduğunu qeyd edib. O, çempionatda yer tutmuş komandaları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Olimpiya sistemi ilə beynəlxalq qaydalara uyğun olaraq 7 çəki dərəcəsi üzrə keçirilən yarış baş hakim Sərvin Haşımlı tərəfindən idarə edilib.

Gərgin idman mübarizəsi şəraitində keçən çempionatda aşağıdakı nəticələr qeydə alınıb:

60 kq çəkidə

I yer – Ayxan Mirzəzadə (Mülki müdafiə qoşunları (MMQ))

II yer – Mirelturan Seyidi (Dövlət Yanğından Mühafizə Xidməti (DYMX))

III yer – Kamran Qasımov (DYMX)

III yer – Nicat Qardiyev (Akademiya)

66 kq çəkidə

I yer – Nadir Nadirli (DYMX)

II yer – Sədrəddin Hüseynov (MMQ)

III yer – Ariz Hüseynov (MMQ)

73 kq çəkidə

I yer – Elton İmranov (MMQ)

II yer – İsmayıl Hacıyev (DYMX)

III yer – Aqil Həsənli (Akademiya)

III yer – Murad Balacayev (Akademiya)

81 kq çəkidə

I yer – Eltac Həsənov (Bakı Regional Mərkəzi)

II yer – Ülvi Sadıqzadə (Akademiya)

III yer – Etibar Kərimov (MMQ)

III yer – Elxan Nəbiyev (DYMX)

90 kq çəkidə

I yer – Nihad Şıxəlizadə (MMQ)

II yer – Fərid Eyvazov (Əməliyyat-istintaq İdarəsi)

III yer – Azad Zahidov (Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX))

III yer – Sərdar Əsgərov (DYMX)

100 kq çəkidə

I yer – İsgəndər Paşayev (DYMX)

II yer – Mahir Nərimanov (DYMX)

III yer – Ayaz Səmədov (XRXX)

III yer – Şahin Əsədov (MMQ)

+100 kq çəkidə

I yer – Səyyad Ayazzadə (DYMX)

II yer – İlkin Baxşəliyev (MMQ)

III yer – Ədalət Məmmədov (MMQ)

Xal hesabının nəticələrinə əsasən komanda üzrə Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və FHN Akademiyasının komandaları müvafiq olaraq 1-ci, 2-ci və 3-ü yerlərə sahib olublar.

Çempionatın əzmkar komandası adına Bakı Regional Mərkəzinin komandası layiq görülüb.

Yarışda peşəkar fəaliyyətə və göstərilən dəstəyə görə Azərbaycan Cüdo Federasiyasının hakim heyəti və Tibb xidmətinin əməkdaşları fəxri fərmanlarla təltif olunublar.

Sonda qaliblərə kubok, diplom və medallar təqdim olunub.

Döyüş növləri
İBA Rusiya və Belarus boksçularını yarışlara qaytarıb

İBA Rusiya və Belarus boksçularını yarışlara qaytarıb

Döyüş növləri
Azərbaycan boksçuları Avropa çempionatında 2 medal qazanıb

Azərbaycan boksçuları Avropa çempionatında 2 medal qazanıb

Döyüş növləri
Azərbaycan boksçusu Avropa çempionatında medalı təmin edib

Azərbaycan boksçusu Avropa çempionatında medalı təmin edib

Döyüş növləri
Azərbaycan taekvondoçusu Avropa çempionatında gümüş medal qazanıb - FOTOLENT

Azərbaycan taekvondoçusu Avropa çempionatında gümüş medal qazanıb - FOTOLENT

Döyüş növləri
Azərbaycanlı taekvondoçular Avropa birinciliyində daha 2 medal qazanıb

Azərbaycanlı taekvondoçular Avropa birinciliyində daha 2 medal qazanıb

Döyüş növləri
Azərbaycan taekvondoçuları Qran-pri yarışlarının final mərhələsində iştirak edəcək

Azərbaycan taekvondoçuları Qran-pri yarışlarının final mərhələsində iştirak edəcək

Döyüş növləri
Azərbaycan boksçuları Avropa birinciliyində rekordlar vurub, 4 idmançı finala yüksəlib

Azərbaycan boksçuları Avropa birinciliyində rekordlar vurub, 4 idmançı finala yüksəlib

Döyüş növləri
Azərbaycan birinciliyində 1/16 final mərhələsi başa çatıb

Azərbaycan birinciliyində 1/16 final mərhələsi başa çatıb

Döyüş növləri
Azərbaycan millisinin baş məşqçisi: “Beynəlxalq yarışların nəticəsini nəzərə alıb seçim edəcəyik”

Azərbaycan millisinin baş məşqçisi: “Beynəlxalq yarışların nəticəsini nəzərə alıb seçim edəcəyik”

Döyüş növləri
Taekvondo üzrə dünya çempionatının keçici bayrağı Azərbaycana təqdim olunub

Taekvondo üzrə dünya çempionatının keçici bayrağı Azərbaycana təqdim olunub

Döyüş növləri
Avropa birinciliyində son 15 ilin uğuruna imza atan taekvondoçularla görüş olub - FOTOLENT

Avropa birinciliyində son 15 ilin uğuruna imza atan taekvondoçularla görüş olub - FOTOLENT

Döyüş növləri
Azərbaycan çempionatında finala yüksələnlər və bürünc medalçılar müəyyənləşib

Azərbaycan çempionatında finala yüksələnlər və bürünc medalçılar müəyyənləşib