Türkiyə millisi dünya çempionatında 1/8 finala yüksəlib
Qadın voleybolçulardan ibarət Türkiyə millisi dünya çempionatında növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, "ay-ulduzlular" E qrupundakı ikinci matçında Bolqarıstan seçməsi ilə qarşılaşıb.
Qardaş ölkə təmsilçisi rəqibinə 3:0 hesabı ilə qalib gəlib. İlk turda İspaniyanı da eyni hesabla məğlub edən Türkiyə yığması xallarının sayını 6-ya çatdıraraq, 1/8 finala vəsiqəni vaxtından əvvəl təmin edib.
Qeyd edək ki, Türkiyə millisi qrupda son görüşünü Kanadaya qarşı keçirəcək.

https://mail.qelebe.az//uploads/photo/turkiye-millisi-dunya-chempionatinda-18-finala-yukselib.webp