“İmişli”dən daha bir hücumçu transferi

“İmişli”dən daha bir hücumçu transferi

"İmişli" daha bir futbolçunu heyətinə qatıb.

Apasport.az xəbər verir ki, bölgə təmsilçisi sabiq futbolçusu Xəzər Mahmudovla müqavilə bağlayıb. 

24 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2023/2024 mövsümündə də "İmişli"nin formasını geyinən futbolçunun son klubu Azərbaycanın I Liqa təmsilçisi “Baku Sporting” olub.